Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada irqçilər silahlanır - Tək hədəf İslam dinidir...

Əsas hədəfləri İslam olan radikal sağçı qruplar öz üzvlərini silahlanmağa çağırır...

“Yeni Şafak” qəzeti, Türkiyə, 18 mart 2019-cu il

Belçika Kəşfiyyat Servisinin (VSSE) ictimaiyyətə təqdim etdiyi kəşfiyyat bilgiləri göstərir ki, Avropadakı İslam düşməni olan təşkilatlar silahlanır. Bəzi qruplar öz üzvlərindən qanuni və ya qeyri-qanuni şəkildə silah əldə etmələrini və atış təlimi keçmələrini tələb edir. Bəhanə isə “Avropada İslamla Xristianlıq arasında sosial toqquşma təhlükəsi və buna hazırlıqlı olmaq”dır. İrqçi təşkilatlar həm də formasını dəyişir. Yəni təhsillilər və yüksək gəlirli olanlar təşkilatlara qoşulur.

Alman polisinin keçən il etdiyi bir basqında “Reich Citizens” adlı radikal sağçı qrupa aid olduğu düşünülən çox sayda silah ələ keçirilmişdi.

Belçika Kəşfiyyat Servisinin ictimaiyyətə təqdim etdiyi məlumatlarda göstərilir ki, Qərbi Avropada İslama qarşı olan hərəkatlar artıq silahlanıblar. Məlumata görə, əsas hədəfləri İslam olan radikal sağçı qruplar öz üzvlərini silahlanmağa çağırır. Avropadakı digər təhlükəli meyil isə irqçiliyin təhsilli, gəlir səviyyəsi yüksək və gənc insanlar arasında yüksəlməsidir.

Yeni Zelandiyanın Kraysçörç şəhərində 2 məscidə edilən terror hücumunda 50 müsəlmanın şəhid edilməsinin ardınca Belçika Kəşfiyyat Servisi (VSSE) tərəfindən diqqətçəkən bir məlumat yayımlanıb. VSSE-nin yayımladığı məlumatda Qərbi Avropada radikal sağçıların kəskin şəkildə dəyişdiyi və sürətlə silahlandığı bildirilib. VSSE-nin verdiyi məlumata görə, Qərbi Avropanın digər ölkələrində olduğu kimi, Belçikada da radikal sağçılar mövcuddur.

Bununla yanaşı, radikal sağçı qrupun təməlində də köklü dəyişikliklər ediləcəyi gözlənilir. VSSE bilgiləri göstərir ki, Qərbi Avropadakı radikal sağçı qrup formasını dəyişdirməyə başlayır və bəzi radikal sağçı qrupların liderləri öz üzvlərindən atış təlimi keçmələrini, qanuni və ya qeyri-qanuni yollarla silah əldə etmələrini tələb edirlər.

“Təhsilli irqçi” hərəkatı nümayəndələrinin də Kraysçörç qətliamını törədən Brenton Tarrant kimi 1683-cü il tarixinə, Osmanlı dövlətinin II Vyana işğalına işarə edən şüarlar daşıdığı görünür.

Tək səbəb İslam düşmənçiliyidir

Məlumatda Avropada da Yeni Zelandiyadakı kimi müsəlmanları hədəf alan terror hücumlarının və toplu qətliamların baş verə biləcəyini ortaya qoyulub. Bu vəziyyətdə Qərbi Avropadakı bəzi sağçı qrup liderləri üzvlərinə atış təlimi keçmələrini, qanuni və qeyri-qanuni yollarla silah əldə etmələrini tələb edib. VSSE bildirib ki, radikal sağçılar silahlanmaq üçün “İslamla Xristian Avropası arasındakı sosial toqquşmanın qaçınılmaz hala gəlməyə başlamasını və buna hazırlıqlı olunmasını” bəhanə edir.

Nasizmə rəğbət

Radikal sağçılarla əlaqəli olan şəxsləri, qrupları və idealogiyaları izləyən VSSE bildirir ki, sözügedən qruplar nasizmə olan rəğbətlərini gizlətmirlər və şiddət mədəniyyətini mənimsəyirlər. Kəşfiyyat qiymətləndirməsində, xüsusilə 2015-2016-cı illərdəki miqrant krizisindən bu günə qədər radikal sağçı mühitdə İslam və miqrasiya məsələlərinin qarşı-qarşıya qoyulduğu bildirib və həmçinin, mərkəzi Finlandiya olan “Odinin əsgərləri” kimi sivil qruplar yeni sağçı radikal topluluqlara örnək göstərilə bilər.

Təhsilli şəxslərin yaratdığı təhlükə

Radikal sağçı qrupun formasını dəyişməyə başladığını bildirən VSSE bu yeni formanı isə “təhsilli radikal sağçılar” kimi ifadə edir. Bu təsbit göstərir ki, radikal sağçılarla bağlı edilən sosial-iqtisadi analizlərin əksinə, Qərbi Avropada irqçilik ali təhsilli, gəlir səviyyəsi yüksək və gənc əhali arasında daha çox dəstəklənir və cəmiyyət içində mənimsənilib. VSSE bu qrupların media vasitəsilə özlərini ifadə etdiyini bildirir və həmçinin qeyd edir ki, radikal sağçılar “Avropanın Xristian kimliyini” müdafiə etmək üçün çalışır.

Almaniya, Fransa və Belçika

Xüsusilə, təhsilli gənclər arasında rəğbət görən “təhsilli radikal sağçı” hərəkatın Almaniya, Fransa və Belçika kimi Avropanın öndə gedən ölkələrində güclənməsi diqqət çəkir. Nümunə kimi Fransadakı “Kimlik nəsli” (Generation Identitaire) və Almaniyadakı “Alman Kimlikçi Hərəkatı” (Identitaire Bewegung Deutschland) kimi qrupları göstərmək olar. Kəşfiyyat məlumatlarında bildirilir ki, Belçikada təşkilatlanan radikal sağçı “Qalxan və Dostlar” (Schild en Vrienden) qrupu kəşfiyyatın radarına düşüb və bu qrupun fərqli əhatələrə sahib olduğu da bildirilib. Bunlar arasında sağ-mühafizəkar, demokratik və şiddəti dəstəkləməyən, irqçi və neonasist düşüncələri dəstəkləyən qurumların olduğu qeyd edilib.

Sosial media vasitəsilə təşkilatlanırlar

VSSE bildirir ki, sosial media və internet sözügedən radikal sağçı fikirlərin yayılmasını sürətləndirir, propaqandaya tərəfdaş qazanmaq üçün önəmli vasitə halına gəlir. Həmçinin, radikal sağçı bir qrupun “Facebook”-dakı bəzi mesajları çox rəğbət görür.

Klassik irqçilikdən belə daha təhlükəlidir

Belçikada Brüssel Ərazi Parlamentinim müstəqil millət vəkili Mahinur Özdəmir bu təhdidin böyüklüyünü belə izah edir: “Təhsilli radikal sağçılar Avropanın universitet məzunu, geyimindən neonasistləri xatırladan gənclərindən ibarətdir. Daha çox kimlikçi düşüncəni ön plana çıxarırlar. Bu irqçilik klassik irqçilikdən daha fərqli bir hala gəlib və təəssüf ki, rəğbət qazanır. Xristianlığı və flamandçılığı ön plana çıxarırlar”. Özdəmir Belçikada sözügedən yeni radikal sağçı qisimlərin siyasi partiyalar adından deyil, xalqın adından danışdığını bildirib: “Bu şəxslərin təxmini yaşı 22-dir və universitetlərdə təşkilatlanırlar. Bu da təhlükənin səviyyəsini artırır”. Kəşfiyyat bilgilərinin ictimaiyyətə açıq olmasını müsbət qarşılayan Özdəmir hökumətin bu məsələnin qarşısını almaq üçün heç bir şey etmədiyini də vurğulayıb.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar