Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada “ilişib” qalan azərbaycanlılar Operativ Qərargahdan kömək gözləyir - Vəziyyətləri kritikdir

Avropadakı səfirliklərimiz: “Nazirlikdən bildiriblər ki, öncəlik Rusiyaya verilir. Ancaq Rusiyadakı azərbaycanlıları qaytardıqdan sonra Avropadakıların qaytarılmasına baxılacaq”...

Avropada çoxlu sayda azərbaycanlı çarəsiz vəziyyətdə küçələrdə qalıb. Belə ki, Avropada müvəqqəti yaşayan vətəndaşlarımız, o cümlədən ezamiyyət, turist, müalicə məqsədilə Avropaya gedib qayıda bilməyən həmvətənlərimizin Avropanın müxtəlif ölkələrində çox kritik vəziyyətlə olduqiarı bildirilir. Bu barədə onların özləri saytımıza məlumat veriblər. Onlar vətənə qayıtmaq istədiklərini və bunun üçün Bakıdan təyyarə göndərilməsini istəyirlər.

Eyni zamanda Avropa universitetlərində təhsil alan azərbaycanlı tələbələrin də vəziyyətinin çox ağır olduğu bildirilir. Onlar da Avropada “ilişib” qalan digər Azərbaycan vətəndaşılar kimi dövlətin onları nə zaman təxliyə edəcəklərini gözləyirlər. Qeyd edək ki, bu tələbələrin böyük hissəsi dövlət hesabına təhsil alırlar və hazırda tam köməksiz vəziyyətdədirlər.

Əsasən Almaniyada, Polşada, Ruminiyada, Çexiyada, Avstriyada, Macarıstanda və digər Avropa ölkələrində olan həmvətənlərimizin vəziyyəti günü-gündən pisləşir. Qeyd edək ki, İtaliya, İspaniya və Fransada olan həmvətənlərimiz Almaiyda toplaşıblar və artıq iki həftədən çoxdur ki, Bakıdan gələcək təyyarəni gözləyirlər. Hazırda onların bəzilərinin pullarının tamamən tükəndiyi qeyd olunur. Qeyd olunur ki, Avropada azərbaycanlı tanışları olanlar müəyyən yardım ala bilsələr də, digərlərinin vəziyyəti doğrudan da artıq dözülməzdir və pulları qurtardığına görə bu insanlar arasında artıq küçələrdə gecələmək zorunda qalıblar.

PİA.az-a müraciət edən həmvətənlərimiz bildiriblər ki, bu ölkələrdəki səfirlik və konsulluqlar onların problemləri ilə maraqlanmırlar. Vətənə qayıtmaq üçün müraciətlərə isə bütün səfirliklərdə eyni cavab verilir: “Nazirlikdən bildiriblər ki, öncəlik Rusiyaya verilir. Ancaq Rusiyadakı azərbaycanlıları qaytardıqdan sonra Avropadakıların qaytarılmasına baxılacaq”.

Maraqlıdır ki, Avropada təhsil alan tələbələr də səfirliklərdən demək olar ki, eyni məzmunlu xəbərdarlıq alıblar. Tələbələrin elektron ünvanlarına səfirliklərdən belə bir məzmunda e-mail göndərilib: “Haminin bildiyi kimi, ilk öncə Rusiya və Turkiyədəki azərbaycanlılar, daha sonra isə Avropada olan azərbaycanlılar təxliyə olunacaq”.

Bununla bağlı bir tələbə PİA.az-a billdirib ki, artıq onlar Azərbaycandan təxliyə üçün təyyarə gözləmirlər. Çünki onlara növbə çatana qədər sərhədlər açılacaq.

Maraqlıdır, Operativ Qərargah niyə öncəliyi Rusiyaya və Türkiyəyə veriir? Axı Rusiya və Türliyə ilə ilə bərabər Avropadakı həmyerlilərimiz üçün də təyyarə yollamaq mümkündür? Axı AZAL-ın bunun üçün bütün imkanları var. Bəlkə AZAL özünü əlavə xərcə salmaq istəmir? Ola blər. Amma hansı səbəbdən Operativ Qərargah Avropa küçələrində həmyerlilərimizin çarəsiz şəkildə az qala ölümə tərk edilmələrinə göz yumur, amma AZAL-ın əlavə xərcə düşməsinə razı olmur? Bu sualı Avrioda qalan azərbaycanlıların hər biri verir.

Digər tərəfdən Rusiya və Türkiyədə olan həmyerlilərimizin həm yardım almaq imkanları daha böyükdür və ona görə də öncəliyin məhz Rusiya və Türkiyəyə verilməsi də aydın deyil.

Qeyd edək ki, məsələ ilə bağlı Operativ Qərargahla və Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq. Operativ Qərargahın telefonları durmadan məşğul olduqları üçün onlara bu sualları verə bilmədik. Xarici İşlər Nazirliyində isə ənənələrinə sadiq qalaraq telefonu açmadlar.

Avropdakı həmvətənlərimizin çarəsiz durumu ilə bağlı Diasporla İş Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı isə əməkdaşımıza bildirdi ki, Diaspor Komitəsi Avropada çarəsiz qalan azərbaycanlılarla bağlı imkanlar daxilində köməklik göstərir. Komitə rəhbərliyi Avropadakı diaspor təşkilatlara müraciət edərək Avropda köməksiz vəziyyətdə qalan azərbaycanlılara yardəmçı olmağı xahiş edib. Lakin Avropada çarəsiz qalan azərbaycanlıların Azərbaycana gətirilməsi Komitənin deyil, Xarici İşlər Nazirliyinin səlahiyyətindədir:

“Diaspor Komitəsi Avropada çarəsiz qalan azərbaycanlılarla bağlı işlər görür. Komitə rəhbərliyi Avropadakı diaspor təşkilatlara müraciət edərək Avropda köməksiz vəziyyətdə qalan azərbaycanlılara yardımçı olmağı xahiş edib. Bununla bağlı keçirilən brifinqdə Fuad müəllim nə qədər müraciətin olduğunu, nə qədər insana köməklik edildiyini dedi. Amma onların indi ölkəyə qayıtması Xarici İşlər Nazirliyinin səlahiyyətindədir.

Biz də, Xarici İşlər Nazirliyi də Operativ Qərargahla birlikdə çalışırıq. Amma Xarici İşlər Nazirliyinə aid sualları nazirlik cavablandırmalıdır. Bizə 5 mindən çox müraciət daxil olub. Həmin insanların məskunlaşmalarına kömək göstərilib və maddi təminatları da var. Gələn həftə biz bu rəqəmləri bir də açıqlayacağıq.

Bir daha qeyd edim ki, Fuad müəllim brifində rəqəmlərlə danışdı. Bizə 47 ölkədən müraciət olunub. Bu müraciətlərin də heç biri cavabsız qalmayıb. Onlara həm maddi yardım olunub, həm də orda qalmaqları təmin olunub.

Bizə aid olmayan məlumatlar da başqa səlahiyyətli dövlət qurumlarına göndərilir. Bu məlumatlar mətbuatda var və hər həftə də məlumatlar yenilənir”.

Obyektivlik naminə qeyd edək ki, səfirliklərdən fərqli olaraq, doğrudan da Avropdakı diaspor təşkilatlarımız imkanları daxilində çarəsiz qalan həmyerlilərimizə kömək olmağa çalışırlar və həmyerlilərimiz tərəfindən Diasporla İş Komitəsinin fəaliyyəti yüksək qymətləndirilir. Lakin Diasporla İş Komitəsinin və diaspor təşkilatlarının imkanları da bir yerə qədərdir.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin tam səssiz qalması və köməyə ehtiyacı olan Azərbaycan vətəndaşlarına Avropa ölkələrindəki səfirliklərin diqqət göstərməmləri isə başa düşülən deyil. Ermənistanla koronavirusu müzakirə edən nazir Elmar Məmmədyarovun Avropada koronavirusun əsirinə çevrilən taleyi ilə maraqlanmamsı isə əlavə suallar doğurur.

Qeyd edək ki, Operariv Qərargahın məsələ ilə bağlı mövqeyi də aydın deyil və ümid edirik ki, Qərargah bu məslə ilə bağlı ictimaiyyətə gehiş açıqlama verəcək və Avropadakı vətəndaşlarımızın təxliyyəsi ilə bağlı müəyyən qərar verəcək.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar