Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropada bilinməyən sosialist ölkə - Tanınmamış respublika necə yaşayır?

Bir neçə km getdikdən sonra başqa dünyalara və həyatlara şahid olursan, hətta eyni bir ölkənin içində birdən-birə dil və mədəniyyət dəyişir...

Alaz Sümer

“Sendika63.org” saytı, Türkiyə, 5 noyabr 2019-cu il

Daha əvvəl adını eşitməsək də, Avropada idarə forması sosializm olan bir ölkə var. Hər nə qədər Moldovanın daxilində bir muxtar respublika olsa da və təkcə Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağ tərəfindən tanınmış olsa da, ətrafındakı ölkələrdən çox daha fərqlidir.

Moldovanın paytaxtı Kişinyovdan səyahətə çıxdıqdan sonra Dnestryanı Respublikanın sərhədinə çatdım. Tanınmamış respublikaya qəədəm basan kimi, buranın Moldovadan çox fərqli olduğunu hiss etdim.

Dnestryanı Respublikasında təxminən 500 min insan yaşayır. Hər kəs 35 yaşına qədər gerialla qüvvələrinin təbii üzvü hesab edilir. Əgər onlar sosializmi yıxmağa cəhd etsələr, vətəndaşlıqdan çıxarılıb ölkədən atılırlar. Deyilənə görə, ölkədən atılanlar da kapitalist sistemdə yoxdullaşdıqları üçün geri dönmək istəyirmişlər. Sosialist olmaq və rusca öyrənmək şərti ilə bu ölkəyə köçmək və öz xarakterik xüsusiyyətlərinə uyğun olan bir işdə çalışmaq mümkün imiş.

Bu ölkə Sovet höküməti dağıldıqdan sonra azadlığını elan etməyib və quruluş olaraq sosializmdən imtina etməyib. O vaxtlar əldə olunan razılaşmaya görə, ölkə Moldova torpaqlarında qalsa da hər yerdə rus bayrağı görmək mümkündür.

Paytaxt Tiraspolun mərkəzi küçələri Karl Marksa, Leninə, Roza Lüksemburqa, Karl Libknaxta və 1 may bayramına aid detallarla ilə doludur. Sosializmin mirası olan geniş bulvarlar, gözəl kafelər, restoranlar və propoqanda afişaları tez gözə çarpır. Parlamentin qarşısında və önəmli dövlət binalarında Leninin heykəli var. Avtobusların qapıları da daxil olmaqla, hər yerdə və dövlət gerbində oraqla çəkic görmək olur.

Pul vahidi isə Dnestryanı rubludur. Başqa bir pul vahidi ilə alış-veriş etmək mümkün deyil. Buna görə də, ölkəyə girən kimi pulunuzu yerli pula çevirmək çox vacibdir. 

Konstitusiya və qanun mətnləri bufetlərdə belə satılır. Hətta yemək üçün getdiyim bufetdən “Konstitusiya var mi?”, deyə soruşdum. Bufetin sahibi çıxarıb verdi, üstündə kommunist partiyasının rəsmi qəzeti ilə birlikdə 1 avro verdim.

Evlər paytaxtda belə, əsasən, birmərtəbəli, taxtadan və naxışlıdır. Küçə-küçə gəzəndə çox gözəl detallar görmək olur. Bu evlərdən biri də qadınların idarə etdiyi restoran idi. İçində Marksın, Leninin və Stalinin büstü olan və duz qabıların yanına güllər qoyulmuş “Volna” adlı bir restoran idi. Orada ruscadan başqa heç bir dildə danışıldığını görmədim. Restoranda Kişinyov pivəsinə, borş supuna və ət yeməyinə ümumilikdə 2 avro ödədim.

Ölkənin ixrac etdiyi yeganə məhsul konyak və viskidir. Markalarının adı “Kvint”dir. Kimə “Kvint” içdiyimi desəm, zövqümün yaxşı olduğunu dedilər.

Daha sonra Dnestryanı Dövlət Universitetinə yolum düşdü. Rusca dərsləri ilə maraqlanmaq üçün girdim, amma bağlı idi. Sonra başqa bir koridora girmək üçün işçilərdən icazə alıb girdim, divarlar şəkillərlə dolu idi. Hiss olunurdu ki, bu universitet Sovet ruhunu tamamilə qoruyub.

Ölkənin bir futbol komandası da var: “Sheriff Tiraspol”. Əvvəllər UEFA Çempionatında da iştirak ediblər. Hətta sonrada xatırladım ki, “Beşiktaş”la da oynamışdı, amma “Sherrif”in Dnestryanı klubu olduğunu mediada görmək mümkünsüzdür. Həmçinin, bu klubun adı ölkənin ən böyük şirkətindən gəlir. Buna da “Sheriff kapitalizmi” adlı bir haşiyə çıxmaq lazımdır: Futbol klubu ilə yanaşı, alış-veriş mərkəzlərindən yanacaq doldurma məntəqələrinə, banklardan supermarketlərə, inşaatdan mediaya, GSM şirkətlərindən alkoqol istehsalına qədər bir çox sektorda fəaliyyət göstərən bu böyük şirkətdən söhbət gedir.

Paytaxtda gəzməli yerlər arasında Tank abidəsi, Lenin abidəsi, parlament binası və Suvorov abidəsi var. 

Növbəti gün başqa bir yeri daha gəzmək üçün ölkənin ikinci böyük şəhəri olan Bəndərə getdim. Gəzməyə avtobus vağzalından başladım. İçəridəki səyahət xəritəsinə baxdıqda Sovet hökümətinə daxil olmamış bir şəhər gördüm: İstanbul. Deməli, o vaxtdan bəri İstanbuldan bura qədər birbaşa avtobus xətti var imiş. Vağzalın yuxarı mərtəbəsində sadə və Sovet temalı bir kafeyə çıxdım və özüm borşla şərbət sifariş etdim. Ödədiyim puı 1 avroya belə çatmırdı. Divarlardakı şəkillər, balaca bayraqlar və əşyalar çox maraqlı idi. Xüsusilə də, üzərində oraq və şəkic olan ağ telefonu çox bəyəndim.

Çölə çıxdıqdan sonra Bəndərin bit bazarına da getdim. Burada nə axtarsan, tapmaq olar: xalça, platar, elektronika, kitab, kolleksiya pulları... Cənnət kimi olsa da, problemlər də oldu. Məsələn, satıcı qadınlardan qiymətləri soruşsam da, verdikləri cavabı başa düşmürdüm. Bir müddət sonra kalkulyatoru onlara verib qiyməti yazmalarını istədikdə bunu rədd etdilər və mənə tərs-tərs baxdılar.

Bəndərin balı da məşhur imiş. Balaca bir qabda alıb rusların məşhur çörəyi ilə yedim, bu vaxta qədər yediyim ən ləzzətli bal idi. Bazarla bağlı xüsusilə vurğulamaq istədiyim məsələ isə hər yerdə qadınların üstünlük təşkil etməsidir. Qəssablar belə qadındır. Sovet ölkələrinin hamısında vəziyyət belədir. İqtisadiyyatda əsas rol qadınların üzərindədir. Buna səbəb sosializmin gender bərabərliyi verməsi ilə yanaşı, həm də müharibələrdən sonra kişilərin azalmasıdır.

Oradan sonra növbəti dayanacağım Bəndər kitabxanası oldu. Sosialist modernist memarlıqla qurulan və hər detalı çox zərif olan bir kitabxana idi. Əvvəlcə oxumağı, yazmağı bacarmayan balaca uşaqların kitabxanada toplanmasına təəccübləndim, amma sonra öyrəndim ki, sən demə, kitabxanada internet var imiş. İçəri girəndə nostalgik bir televizorda köhnə Sovet mahnıları çalınırdı. Bir az klipləri izləyəndən sonra, yuxarı çıxıb dərsdən sonra internetə girən və kitab oxuyan uşaqları izlədim və şəkillərini çəkdim.

Şəhərdəki son dayanacağım Bəndər qalası oldu. Bəxtimdən burada şərab festivalı var imi. Həmin gün, eyni zamanda rəsmi tətil günü kimi qəbul edilib və bütün əhali qalaya yığılıb şənlikdə əylənirmiş.

Səhəri günü yenə eyni avtobusla Kişinyova getdim. Dnestryanı çayını keçdikdən sonra rumincə işarələr gördüm. O an düşündüm ki, gəzmək həqiqətən sehrli bir şeydir. Çünki bir neçə km getdikdən sonra başqa dünyalara və həyatlara şahid olursan, hətta eyni bir ölkənin içində birdən-birə dil və mədəniyyət dəyişir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar