Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa sahillərində savaşın ayaq səsləri: Şərqi Aralıq dənizi bölüşdürülə bilməyən “qızıl almaya” çevrilir

Ortada bir reallıq var. ABŞ, Rusiya və digər bir çox ölkənin Şərqi Aralıq dənizinə müharibə gəmiləri ilə girməsi bölgədəki hidrokarbon qaynaqlarının yeni soyuq müharibəyə səbəb olacağını göstərir...

Erdal Tanas Karagöl
“Yeni Şafak” qəzeti, Türkiyə, 13 iyun 2019-cu il

Geosiyasi mövqeyi baxımından bütün ölkələrin əldə etməyə çalışdığı Şərqi Aralıq dənizi son illərdə kəşf edilən hidrokarbon qaynaqlarına görə yaxın zamanda tez-tez gündəmdə olacaq. Çünki Şərqi Aralıq dənizindəki enerji potensialı və bu bölgənin önəmi hələ yeni-yeni ortaya çıxır. Bölgədəki ölkələrdən çox, beynəlxalq enerji şirkətlərinin və bu şirkətlərin müdafiəçisi olan ölkələrin burada yer almasının əsas səbəbi, məncə, hər kəsə aydındır.

Bəs niyə görə Şərqi Aralıq dənizi bu qədər önəmlidir?

Şərqi Aralıq dənizi siyasi, geosiyasi, iqtisadi mövqeyinə və enerji potensialına görə hər gün daha da dəyərlənən bir bölgədir. Buraya bölgə deyirik, çünki bu region bir çox ölkəni bir-birinə bağlayan strateji bir sahədir.

Belə ki, Şərqi Aralıq dənizi enerjinin, daha doğrusu dünyanın yeni enerji trendi olan təbii qazın gələcəyi baxımından bütün balansı dəyişdirə biləcək bir gücə sahibdir. Şərqi Aralıq dənizi dünyanın ən böyük hidrokarbon yataqlarına malik olan Orta Şərq və enerji istehsalında lider olan Avropa Birliyi (AB) ölkələri arasında bir keçid rolu daşıyır.

Digər tərəfdən, bu bölgənin zəngin təbii qaz qaynaqlarına sahib olması və enerji təhlükəsizliyini təmin etməsi bütün dünyanın, eləcə də AB ölkələrinin diqqətini cəlb edir.

Şərqi Aralıq dənizi Rusiyadan enerji asılılığına son qoymaq istəyən AB ölkələri üçün yeni iş birliyi sahəsi yaradacaq və eyni zamanda, bölgədə yeni ortaqlıqların qurulmasına da şərait yaradacaq.

Dolayısı ilə, bu durumu fürsət bilən AB ölkələri Şərqi Aralıq dənizində kəşf ediləcək qaynaqlar sayəsində bir yandan asılı olduqları Rusiyadan xilas olarkən, digər tərəfdən də Kipr Yunan Respublikası vasitəsilə Türkiyənin bölgədəki fəaliyyətini məhdudlaşdırmağa və Türkiyənin enerji təchizatının təhlükəsizliyindəki tranzit və mərkəzi ölkə kimi rolunu zəiflətməyə çalışırlar.

Türkiyə enerji təchizatının təhlükəsizliyi məsələsində regionda son illərdə aktiv bir siyasət izləyərək həm bölgəyə şərq-qərb istiqamətində enerji transferi imkanı yaradıb, həm də sahib olduğu bu mövqeyi boru xətti layihələri ilə dəstəkləyib.

Gördüyünüz kimi, Türkiyənin daha konkret addımlar ataraq bölgədəki enerji balansında əsas ölkə olması başda AB ölkələri olmaqla, digər ölkələri narahat edir. Bu gün AB ölkələrinin Kipr Yunan Respublikası vasitəsilə Türkiyəni bu prosesdən kənara tutmaq istəməsinin əsas səbəbi də məhz budur.

“Şərqi Aralıq dənizində kəşf olunacaq hidrokarbon qaynaqlarının miqdarı soyuq müharibəni isti müharibəyə də çevirə bilər.”

Şərqi Aralıq dənizi Türkiyə üçün təkcə enerji qaynaqları baxımından deyil, həm də geosiyasi mövqe, təhlükəsizlik və bölgədəki siyasi balans baxımından da strateji önəm daşıyır.

Türkiyə onsuz da yerləşdiyi coğrafi mövqeyə görə bu bölgədən çıxarılacaq təbii qazın beynəlxalq bazarlara transfer edilməsi üçün ən uyğun ölkədir. Bununla yanaşı, əgər Türkiyənin bölgədə apardığı təbii qaz axtarışları nəticə verərsə, Türkiyə bu prosesdə strateji bir oyunçu ola bilər.

Nəticədə, kəşf ediləcək yeni qaynaqlar bölgədəki enerji balansını dəyişdirməklə bərabər, Türkiyənin bölgədəki gücünü daha da artıracaq. Əslində, Türkiyənin bölgədəki potensial qaynaqları qoruması və bu qaynaqların təhlükəsizliyini təmin etməsi məsələsində yeni bir iqtisadi-xarici siyasətə də ehtiyac var.

Ortada bir reallıq var. ABŞ, Rusiya və digər bir çox ölkənin Şərqi Aralıq dənizinə müharibə gəmiləri ilə girməsi bölgədəki hidrokarbon qaynaqlarının yeni soyuq müharibəyə səbəb olacağını göstərir.

Həmçinin, unutmaq olmaz ki, Şərqi Aralıq dənizində kəşf olunacaq hidrokarbon qaynaqlarının miqdarı soyuq müharibəni isti müharibəyə də çevirə bilər.

Tərcümə PİA.az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar