Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa ölkələrində köməksiz qalan tələbələrimiz - Onların taleyi ilə kimsə maraqlanırmı?

Təhsil Nazirliyi Avropada köməksiz qalan tələbələr barədə nə düşünür və bu insanların çarter reysləri vasitəsi ilə ölkəyə gətirilməsi gündəlikdədirmi? - Nazirlik rəsmisi açıqladı...

Nazirlik rəsmisi: “Şübhəsiz ki, Təhsil Nazirliyinin xaricdə qalan və ölkəyə qayıda bilməyən tələbələr barədə məlumatı var”

“Tələbələrin ölkəyə qayıtması məsələsini mərkəzləşmiş şəkildə Nazirlər Kabineti yanında Operativ Qərargah həll edir”.

Bu sözləri Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov xaricdə qalan və ölkəyə gələ bilməyən tələbələrin ölkəyə gətirilməməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Avropa ölkələrində yüzlərlə azərbaycanlı tələbə ölkəyə qayıda bilmir və demək olar ki, onlar taleyin ümidinə qalıblar. Bizə Almaniyadan, Macarıstandan, Çexiyadan tələbələr müraciət edib bildirirlər ki, onların vəziyyəti kritik həddədir. Tələbələr onu da bildirirlər ki, səfirliklərə müraciət olunsa da, onlara köməklik göstərilmir. Pulları qurtaran tələbələr nə edəcəklərini bilmir.

Qeyd edək ki, Almaniyada, Rumuniyada, Çexiya və Macarıstanda, o cümlədən İtaliya və digər Avropa ölkələrində yüzlərlə tələbə ölkəmizə qayıda bilmirlər. Tələbələrin bəzilərinin tələbə təqəüdü dayandırılıb, bəziləri qaldıqları yataqxanalardan çıxarılıb. Bəzilərinin ailələrinin isə hazırda onlara maddi yardım etmək imkanı yoxdur. Tələbələr İtaliyadan və başqa ölkələrdən Almaniyaya toplanmağa başlyıblar. Bizimlə əlqə saxlayan tələbələrin bir neçəsi bildirir ki, kritik vəziyyətləri ilə bağlı Azərbaycan səfirliklərinə müraciət olunsa da, onların problemləri ilə demək olar ki, məşğul olan yoxdur. Məsələ ilə bağlı Təhsil Nazirliyi də bu günə qədər heç bir açıqlama verməyib. Tələbələr çarter reysi ilə onların Azərbaycana gətirilmələrini istəyirlər.

Xatırladaq ki, koronovirus pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanın hava məkanını uçuşlara bağlı elan edib. Hazırda ölkə ərazilərində olan hava limanlarınn heç birindən uçuşlar həyata keçirmir.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehova müraciət edib.

Cəsarət Valehov: “Təhsil Nazirliyinin xaricdə qalan tələbələr barədə məlumatı var”.

PİA.az-ın sualını cavablandıran Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov bildirib ki, bu məsələni bir daha araşdırmalıdır. Nazirlik rəsmisi onu da qeyd edib ki, əslində bu məsələ ilə bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir:

“Bu məsələni mən bir daha araşdırmalıyam. Amma məlumdur ki, bu işlə məşğul olan dövlət qurumları kifayət qədər bu işlə məşğul olurlar.

Şübhəsiz ki, Təhsil Nazirliyinin xaricdə qalan və ölkəyə qayıda bilməyən tələbələr barədə məlumatı var. Bildiyimiz kimi tələbələrin ölkəyə qayıtması məsələsini mərkəzləşmiş şəkildə Nazirlər Kabineti yanında Operativ Qərargah həll edir. Yəni bu məsələlərlə bağlı qərarı Qərargah verir”.

Təhsil Nazirliyinin bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib etməsi ilə bağlı sualımızı cavablandıran Cəsarət Valehov bildirib ki, bu məsələ ilə bağlı əlaqədar bütün qurumlar birlikdə çalışırlar. Təhsil Nazirliyinin sözçüsü onu da qeyd edib ki, bu məsələ Xarici İşlər Nazirliyinin də diqqət mərkəzindədir:

“Bu məsələ ilə bağlı əlaqədar bütün qurumlar birlikdə çalışırlar. Qeyd edim ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan başqa Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyi də bu məsələ üzərində işləyir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahla əlaqə saxlamağa çalışsaq da bu cəhdimiz alınmadı. Çünki nömrə məşğul idi.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar