Almaniyanın Daxili işlər naziri Horst Zeexofer Avropa Birliyinə üzv ölkələr arasında səfərlərin iyunun 15-dən mümkün ola biləcəyini açıqlayıb...
PİA.az xəbər verir ki, paytaxt Berlində jurnalistlərin suallarını cavablandıran nazir koronavirusdan sonra sərhədlərin açılacağını vurğulayıb: "Məqsədimiz 15 iyunda qadağanın tamamilə aradan qalxmasıdır. Hazırda Almaniyada Bavariya vilayəti Avstraliya ilə olan 5 sərhəddi açıb".
Xatırladaq ki, Almaniya koronavirusun yayılmasını yavaşlatmaq üçün şənbə günü qadağaları yumşaldacağını açıqlamışdı.(Yenisabah.az)
pia.az