Çərşənbə, 29 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Avropa Məhkəməsinə şikayət statistikası

Hüquqşünas Xalid Ağalıyev Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) Azərbaycandan göndərilən şikayətlərin statistikasını yayıb.

Novator.az-ın məlumatına görə, o qeyd edir ki, Avropa Məhkəməsi yurisdiksiyasının qəbul olunduğu 2002-ci ildə Azərbaycandan quruma 265 şikayət göndərilib: “2003-cü ildə 266 şikayət, 2004-cü ildə 225 şikayət yollanıb. 2005-ci ildə şikayətlərin sayı 172 olub, həmin il ümumilikdə 120 şikayət siyahıdan çıxarılıb.

2006-cı ildə 445 şikayət qeydə alınıb, ümumilikdə 57 şikayət baxılacaq işlərin siyahısından xaric edilib.

Sonrakı illərin göstəriciləri belədir:

2007-ci il – 708 şikayət

2008-ci il – 334

2009-cu il – 361

2010-cu il – 334

2011-ci il – 532

2012-ci il – 342

2013-cü il – 325

2014-cü il – 403

2015-ci il – 268.

2016-cı ildə baxış gözləyən şikayətlərin sayı 1662 olub.

2017-2020-ci illərdə Avropa Məhkəməsinə 1900-dən çox şikayət göndərilib. Hazırda AİHM-də Azərbaycandan 2100 şikayət baxış növbəsindədir”.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Rusiya hərbçiləri Kəlbəcərin Buzdux və Sarıdağ yüksəkliklərini də nəzarətə götürdü...- Xəritə

Anım Günündə al qırmızı geyinən Mehriban Qaralova kimdir? - Foto

Şəhidə hörmətsizlik edən icra başçısı təşviş içində - Bir-birini təkzib edən açıqlamalar - Video

Anım günü qıpqırmızı geyimdə Şəhidlər Xiyabanına gələn qadın kimdir? - Foto

İcra başçısının direktor arvadından açıqlama: "Qan təzyiqimə görə 44 əvəzinə 24 demişəm"

Ata Abdullayev bu şəxsləri şantaj edib - Siyahı

Ermənilərin Ağdamda gizli saxladığı bunker tapıldı - Video

Eldar Həsənov əlində xeyli media orqanı cəmləşdirib...

General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edilib

Dövlət Agentliyi Prezidentin tövsiyələrinə niyə əməl etmir? - 515 minlik israf...

Əliyevin güvəndiyi Soçi görüşünə təsir edəcək supriz şəxs kimdir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay