Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Məhkəməsindən İlqar Məmmədov haqda qərar

Qərar Avropa Şurası Nazirlər Komitəsinin müraciəti əsasında verilib

Avropa Məhkəməsinin Böyük Palatası mayın 29-da Azərbaycanla bağlı qərar verib. Qərar Avropa Şurası Nazirlər Komitəsinin müraciəti əsasında verilib.
“Yeni Sabah” xəbər verir ki, Nazirlər Komitəsi Avropa Məhkəməsinin “Respublikaçı Alternativ” (ReAl) partiyasının sədri İlqar Məmmədov haqqında çıxardığı 22 may 2014-cü il tarixli qərarla əlaqədar müraciət edib. Həmin qərar 2014-cü ilin oktyabrında qüvvəyə minib. Nazirlər Komitəsi isə bu məsələ ilə əlaqədar 2017-ci ilin dekabrında Avropa Məhkəməsinə məktub göndərib. Məktubda da sual qoyulub ki, Azərbaycan bu qərarı icra etməməklə Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyi (Avropa Məhkəməsinin qərarlarının icrası barədə) pozubmu? İlqar Məmmədovla bağlı qərarın icra olunmaması İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 46.1 maddəsinin pozulması anlamına gəlirmi?

2014-cü ilin mayında çıxarılmış qərarda Avropa Məhkəməsi İ.Məmmədov haqqında həbs qərarının Konvensiyanın 5-ci (azadlıq hüququ) və 18-ci (Konvensiyada nəzərdə tutulmuş hallar istisna olmaqla, başqa məqsədlərlə şəxsin hüquq və azadlıqlarının məhdudlaşdırılması) maddələrinə zidd olması nəticəsinə gəlmişdi.

Avropa Məhkəməsinin bu qərarının icrasıyla bağlı məsələ dəfələrlə Avropa Şurası Nazirlər Komitəsinin (Məhkəmənin qərarlarının icrasına bu qurum nəzarət edir) toplantılarında müzakirə olunmuş, son nəticədə 2017-ci ilin dekabrında belə bir məktub göndərilmişdi.

Avropa Məhkəməsi bu məsələni araşdırarkən ötən il avqustun 14-də azərbaycan hökuməti onlara İ.Məmmədovun şərti azadlığa buraxılması barədə Şəki Apellyasiya Məhkəməsinin bir gün öncə çıxardığı qərarı göndərib. Həmçinin İlqar Məmmədovun üzərindən çəkilməmiş şərti cəzanın götürülməsi haqda Azərbaycan Ali Məhkəməsinin 29 mart 2019-cu il tarixli qərarı da sonradan Strasburqa göndərilərək, ReAl sədri barədə qərarın icra olunduğu bildirilib.

Avropa Məhkəməsi bugünkü qərarında belə nəticəyə gəlib ki, Avropa Şurası Nazirlər Komitəsi bu məsələ ilə əlaqədar onlara müraciət edəndə Azərbaycan hökuməti qərarı icra etməmişdi. Bununla da Konvensiyanın 46.1 maddəsini pozaraq, Avropa Şurası qarşısında öhdəliyinə əməl etməmişdi.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar