Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Məhkəməsi Rusiyadan əsirlərin hüquqlarına hörmətlə yanaşmağı tələb edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ukraynanın Nikolayev şəhəri sakininin iddiasına xüsusi qaydada baxıb.

APA “Figaro”ya istinadla xəbər verir ki, qadın iddia ərizəsində əri Yaroslav Oliniçenkonun Rusiya ordusu tərəfindən əsir götürüldüyünü bildirib.

İddiaçı öz ərizəsinə yerli sakinlərin və əsirlikdən azad edilən şəxslərin ifadələrini də əlavə edib. O, məhkəmədən xahiş edib ki, Rusiyadan ərinin yerinin bəyan edilməsi və mühafizə altına alınması tələb olunsun.

AİHM işlə bağlı qərarında Rusiya hökumətindən Yaroslav Oliniçenkonun Konvensiyadan irəli gələn hüquqlarına hörmət etməyə və ona zəruri hallarda tibbi yardım göstərməyi tələb edib.

Qeyd edək ki, Dumanın ötən ay verdiyi qərara görə, Rusiya AİHM-in 15 martdan sonra çıxardığı qərarları icra etməyəcək. Həmin tarixdə Rusiya Avropa Şurasından çıxıb.

İyun ayına olan statistikaya görə, AİHM-də baxılmalı olan 70 mindən çox işin 24%-i Rusiyaya aiddir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar