Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Məhkəməsi "Ramil Səfərovun işi" ilə bağlı qərar verəcək

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM - Avropa Məhkəməsi -red.) Azərbaycana və Macarıstana qarşı "Ramil Səfərovun işi" ilə bağlı qərarını açıqlayacaq...

 

Məhkəmənin saytında verilən məlumata görə, Ermənistandan olan iki şikayətçi - qətlə yetirilmiş Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyan Azərbaycan və Macarıstana qarşı şikayət veriblər.

Məlumatda deyilir ki, şikayətçilər Azərbaycanı Avropa İnsan Haqları Konvensiyasının yaşamaq hüququnun (2-ci maddə) və etnik ayrı-seçkiliyin qadağan olunması (14-cü maddə) maddələrinin pozulması ilə ittiham edirlər. Bundan başqa, Macarıstan ekstradisiya əlaqədar olaraq "məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi" (2-ci maddə) ilə ittiham olunur.

Ramil Səfərov məsələ ilə bağlı şərh verməyib.

Vəkil Əsabəli Mustafayev ehtimal edir ki, məhkəmədə həm Macarıstan, həm Azərbaycan tərəfdən "insan haqlarının pozuntusu tanına bilər".

"Belə ehtimal edirəm ki, Avropa Məhkəməsi ikinci maddəni, yəni yaşamaq hüququnun pozuntusunu tam tanıyacaq. Ola bilsin ki, 14-cü maddə də, etnik ayrı-seçkilik maddəsinin də pozuntusu tanınsın", - o deyib.

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev ekstradisiya və əfvlə bağlı deyir ki, Macarıstan beynəlxalq müqavilə, Azərbaycan isə daxili suveren qərarla bu işi həyata keçirib.

O ehtimal edir ki, "etnik ayrı-seçkilik məsələsində pozuntu tanına bilər, amma onun geri qaytarılması və cəzasını çəkməsi tələb edilə bilməz".

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərə görə, bu, "konkret şəxslər arasında baş vermiş bir hadisədir".

"Dünyada minlərlə Azərbaycan vətəndaşı Ermənistan vətəndaşı ilə qarşılaşır, bir yerdə yaşayır, mübahisə edir, susurlar, amma birinin digər birini öldürməsi çox nadir hadisədir. Bu etnik zəmində yox, emosional, affekt vəziyyətində baş vermiş hadisədir", - İsa Qəmbər BBC News Azərbaycancaya bildirib.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektor müdiri və Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov bu işlə bağlı şərh verməyin "tez olduğunu" deyib.

Nə baş verib?

Azərbaycanın hazırda Ermənistanın nəzarətində olan Cəbrayıl rayonunda doğulan 43 yaşlı Ramil Səfərov 2004-cü ildə Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb.

Həmin ilin fevralın 19-da, kursun bitməsinə 20 gün qalmış kurs yoldaşı, əslən erməni olan Qurqen Marqaryanı təhqirə görə qətlə yetirib.

O, 2006-ci ilin aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

2012-ci ildə Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya olunub və elə həmin vaxt Prezident İlham Əliyev tərəfindən əfv olunub.

Ramil Səfərov əfv olunduqdan sonra yerli mətbuatda onun mayor rütbəsi ilə təltif olunması, Macarıstanda həbsdə qaldığı illərdə yığılmış məvacibinin ödənilməsi və mənzil bağışlanılması ilə bağlı məlumatlar dərc olunub.

O, həbsdə olduğu müddətdə Maqda Sabonun "Qapı", Ferens Molnarın "Pal küçəsinin oğlanları" kitablarını macar dilindən azərbaycan dilinə tərcümə edib. (BBC)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar