Cümə axşamı, 22 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Avropa Liqası: “Universitatya Krayova” - "Səbail" matçında hesab açılıb - Yenilənib

Aleksandru Çikeldeunun zərbəsi dəqiq alınıb - 1:0

Avropa Liqasının I təsnifat mərhələsinin “Universitatya Krayova” (Rumıniya) - “Səbail” (Azərbaycan) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Krayovada keçirilən matçın 28-ci dəqiqəsində ev sahibləri fərqləniblər. Aleksandru Çikeldeunun zərbəsi dəqiq alınıb - 1:0.

***

Saat. 20:00

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları davam edir.

APA-nın məlumatına görə, yarışa bu raunddan başlayan Azərbaycanın "Səbail" klubu da cavab oyununu keçirir.

Topaz Premyer Liqasının bürünc mükafatçısı səfərdə “Universitatya Krayova” ilə üz-üzə gəlir. Aftandil Hacıyevin komandası çətin vəzifənin öhdəsindən gəlmək üçün mübarizə aparır.

Bakıda 2:3 hesabı ilə uduzan təmsilçimiz Rumıniyada ən azı 2 top fərqi ilə qalib gəlməlidirlər. Minimal hesablı qələbənin heç olmasa əlavə vaxt üçün yetərli olması üçün isə bakılılar 3 top vurmalıdır.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
18 iyul
20:00. “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) - 0:0
Baş hakim: Helqi Mikael Yonasson
“Universitatya”: 13. Mirko Pilyatselli, 2. Tyaqo Ferreyra, 5. Boqdan Vetejelu, 6. Renato Keliç, 8. Aleksandru Mateyu, 9. Fortes Dos Santos, 10. Aleksandru Çikeldeu, 11. Nikuşor Banku (K), 14. Kamer Qaka, 22. Kristian Barbux, 27. İvan Martiç
Ehtiyat oyunçular: 1. Laurentiu Popesku, 3. Mariuş Brisyaq, 4. Florin Bortsa, 7. Mixay Roman, 21. Antoni İvanov, 23. Vasile Konstantin, 24. Florin Qardoş
Baş məşqçi: Korneliu Papura
“Səbail”: 12. Daniel Bojinovski, 5. Vüqar Bəybalayev, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (K), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 91. Bilal Həmdi
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru
Baş məşqçi: Aftandil Hacıyev
Krayova. İon Oblemenko stadionu
İlk oyun – 3:2

pia.az

Etiket: Avropa Liqası

Şərh yazın.

loading...