Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Liqası: "Milan" və "Arsenal" qələbə qazandı

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" İsraildə "Makkabi"nin (Təl-Əviv) qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablə qələbəsi ilə yekunlaşıb - 1:0.

I qrupunun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüşdə qapılara 8 qol vurulub. Matç ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Turnirin favoritlərindən hesab olunan İngiltərə "Arsenal"ı Avstriyada "Rapid"i 2:1 hesabı ilə üstələyib. Londonun digət təmsilçisi "Tottenhem" isə eyni ölkənin LASK komandası ilə dueldən qalib ayrılıb.

İtaliya klublardan "Milan" Şotlandiyada "Seltik"i 2:0 hesabı ilə məğlub edib. "Napoli" evdə Niderlandın AZ komandasına uduzub - 0:1. "Roma" isə İsveçrədə "Yanq Boyz"dan üstün olub - 2:1.

Avropa Liqası
Qrup mərhələsi
I tur
22 oktyabr

A qrupu
20:55. "Yanq Boyz" (İsveçrə) - "Roma" (İtaliya) - 1:2
20:55. MOİK (Sofiya, Bolqarıstan) – ÇFR (Rumıniya) - 0:2

Xal durumu: "Roma" - 3, ÇFR - 3, "Yanq Boyz" - 0, MOİK - 0

B qrupu
20:55. "Dandolk" (İrlandiya) - "Molde" (Norveç) - 1:2
20:55. "Rapid" (Vyana, Avstriya) - "Arsenal" (İngiltərə) - 1:2

Xal durumu: Molde - 3, "Arsenal" - 3, "Dandolk" - 0, "Rapid" - 0

C qrupu
20:55. "Bayer" (Leverkuzen Almaniya) - "Nitsa" (Fransa) - 6:2
20:55. "Hapoel" (Beer-Şeva, İsrail) - "Slaviya" (Praqa, Çexiya) - 3:1

Xal durumu: "Bayer" - 3, "Hapoel" - 3, "Nitsa" - 0, "Slaviya" - 0

D qrupu
20:55. "Standard" (Lyej, Belçika) - "Reyncers" (Şotlandiya) - 0:2
20:55. "Lex" (Polşa) - "Benfika" (Portuqaliya) - 2:4

Xal durumu: "Reyncers" - 3, "Benfika" - 3, "Standard" - 0, "Lex" - 0

E qrupu
20:55. PSV (Niderland) - "Qranada" (İspaniya) - 1:2
20:55. PAOK (Yunanıstan) - "Omoniya" (Kipr) - 1:1

Xal durumu: "Qranada" - 3, PAOK - 1, "Omoniya" -1

F qrupu
20:55. "Napoli" (İtaliya) – “AZ” (Alkmaar, Niderland) - 0:1
20:55. "Riyeka" (Xotvatiya) - "Real Sosyedad" (İspaniya) - 0:1

Xal durumu: "AZ" - 3 xal, "Real Sosyedad" - 3, "Napoli" - 0, "Riyeka" - 0.

G qrupu
23:00. "Braqa" (Portuqaliya) - AEK (Afina, Yunanıstan) - 3:0
23:00. "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) - 3:0

H qrupu
23:00. "Seltik" (Şotlandiya) - "Milan" (İtaliya) - 1:3
23:00. "Sparta" (Praqa, Çexiya) - "Lill" (Fransa) - 1:4

I qrupu
23:00. "Vilyarreal" (İspaniya) - "Sivasspor" (Türkiyə) - 5:3
23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Qarabağ" (AZƏRBAYCAN) - 1:0

J qrupu
23:00. "Tottenhem" (İngiltərə) - LASK (Avstriya) - 3:0
23:00. "Lüdoqorets" (Bolqarıstan) - "Antverpen" (Belçika) - 1:2

K qrupu
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Feyenoord" (Niderland) - 0:0
23:00. "Volfsberq" (Avstriya) – MOİK (Moskva, Rusiya) - 1:1

L qrupu
23:00. "Hoffenhaym" (Almaniya) - "Srvena Zvezda" (Serbiya) - 2:0
23:00. "Slovan" (Liberets, Çexiya) - "Gent" (Belçika) - 1:0 (report.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar