Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı və UNFPA Azərbaycanda Atalar Məktəbləri yaradır

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən həyata keçirilən "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində UNFPA "Gənc Liderlər” İctimai Birliyi ilə əməkdaşlıq edərək Azərbaycanda ilk dəfə olaraq atalar üçün məktəblər yaradacaq
 
İlkin mərhələdə Bakı, Gəncə və Qazaxda ilk üç məktəbin yaradılaraq sınaqdan keçirilməsi planlaşdırılır. Pilot rejimində tətbiq ediləcək təcrübənin layihənin növbəti mərhələlərində ölkənin digər bölgələrində də həyata keçirilməsi gözlənilir.
 
Hazırda layihə mütəxəssisləri tərəfindən atalar məktəblərinin gələcək fəaliyyəti üçün nəzəri əsasların hazırlanması da daxil olmaqla Atalar Məktəblərinə dair Təlimatın yerli kontekstə uyğunlaşdırılması üzərində iş aparılır. Sözügedən təlimatda gənc atalar və ata olmağa hazırlaşan kişilər üçün müxtəlif sessiya və fəaliyyətlər vasitəsilə gender bərabərliyinin təmin olunduğu ailə modelinin təşviqinə dair xüsusi tövsiyələr yer alır. Yaradılması nəzərdə tutulan ilk üç atalar məktəbində təqdim ediləcək təlim və fəaliyyətlərdən 200 gənc kişi faydalanacaq. Sonradan yerli icmalar səviyyəsində aparılacaq fərdlərarası (peer-to-peer) təlimlər sayəsində sözügedən təşəbbüsün davamlılığına nail olunacaq və ümumilikdə layihənin əhatə dairəsi daha da genişləndiriləcək.
 
Atalar məktəblərinin yaradılması üzrə fəaliyyət UNFPA tərəfindən həyata keçirilən Azərbaycan ailələrində qadın və kişi arasında uşağa qulluq və ev işlərinin bərabər bölüşdürülməsinin təşviqinə yönəlmiş davamlı strateji müdaxilələrin tərkib hissəsini təşkil edir.


Proqram haqqında:
 
Bu təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən birgə həyata keçirilən "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində icra edilir. Proqram ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərə meydan oxuyaraq və gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək qadınlar və kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir. Proqram regional səviyyədə altı ölkədə – Gürcüstan, Azərbaycan, Ermənistan, Moldova, Belarus və Ukraynada icra olunur.

Əlaqə:
Layihə assistenti Elxan Heydərli- [email protected] 

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar