Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı Tükiyəyə qara siyahıya düşməmək üçün əlavə vaxt verib

Avropa İttifaqının diplomatları vergi şəffaflığı tələblərinə cavab vermək üçün Türkiyəyə daha çox vaxt vermək barədə ilkin razılığa gəlib...

İki diplomatik mənbə bildirir ki, bu addım ittifaqın qara siyahısını zəiflətməklə bərabər Türkiyə ilə yarana biləcək yeni gərginliyin də qarşısını almış olacaq.

PİA.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Avropa İttifaqının 2017-ci ildə yaratdığı ''qara siyahı''-da vergidən yayınmanın qarşısını almağa yönəlmiş vergi siyasəti və təcrübəsi olmayan ölkələr var. Bu korporasiyaların və varlı şəxslərin vergi sənədlərini azaltmaq üçün istifadə etdikləri geniş yayınma sxemlərinin aşkarlanmasına səbəb olub.

Siyahıya daxil edilməməsi üçün Türkiyədən də keçən ilin sonuna qədər lazımlı yeni qanunları qəbul etməsi tələb edilmişdi ki, bu da vergi məlumatlarının avtomatik olaraq Aİ ölkələri ilə mübadiləsini təmin edəcəkdi. Tələbi yerinə yetirmək üçün bir ildən çox vaxt verilsə də, qanun qəbul edilməyib.

"Türkiyəni nəzəri cəhətdən siyahıya salmaq lazımdır, lakin siyasi səbəblərə görə bundan yan keçilib" - deyə, Aİ-dan diplomat Reuters-ə bildirib.

İkinci bir diplomat isə Türkiyənin öhdəliklərini yerinə yetirməsi üçün bu ilin sonuna qədər əlavə vaxt verildiyini söyləyib.

İlkin razılaşma cümə günü diplomatların iclasında müzakirə ediləcək və gələn həftə Brüsseldə keçiriləcək Aİ maliyyə nazirlərinin toplantısında yekun təsdiqə ehtiyac duyulacaq.

pia.az

 


Etiket: Türkiyə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar