Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa İttifaqı bəşəriyyətə qarşı cinayətdə ittiham olunur

Cinayətlər 2014- cü ildən bəri baş verib

Beynəlxalq Hüquqşünaslar Qrupu Avropa İttifaqının (Aİ) minlərlə immiqrantın Aralıq dənizində həlak olması, Liviyadan qaçmaq cəhdləri göstərən on minlərlə insanın geri qaytarılması, hüquqşünasları qətllərə, əsassız türmələrə dolurmalara, işgəncələrə, zorlamalara, təqiblərə, qul halına salınmalara və digər «qeyri-insanı aktlar»a aid edilən cinayətlərdə iştirakının sübut olunduğu qənaətindədirlər. Bu cinayətlər 2014-cü ildən üzübəri baş verib.

İspaniyanın «El Mundo» nəşrinin giriş imkanı olduğu 243 səhifəlik sənəddə Aİ-nın immiqrasiya siyasətinin «insanlığa qarşı cinayət» kimi qiymətləndirilməsi öz əksini tapıb.

İyunun 3-də Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Baş prokuroru Fat Bensuda təqdim olunmuş şikayətdə sübutlar ətraflı şəkildə ifadə olunub. Bu sübutlara uyğun olaraq Aİ üzvü olan dövlətlərin hakimiyyətləri törədilmiş cinayətlərə görə, Afrikadan Aralıq dənizi marşrutu üzrə axışan miqrant axınlarının qarşısının alınmasına görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

«2014-cü ildə Avropa İttifaqı miqrantların ağır vəziyyətini qulaqardına vuran miqrasiya siyasətinə əl atdı» - deyə, İspan qəzeti hüquqşünasların müraciətindən sitat gətirir.

Onların fikrincə, Aİ hakimiyyəti Köhnə Dünyaya tərəf üzən qeyri-leqalların qarısına maneələri o məqsədlə qoymağa başladı ki, analoji situasiyada olan digər qrupları uyğun arzudan məhrum etsin. Vəkillər qrupu qeyd edir ki, Aİ-nın bu siyasəti 2011-ci ildə Liviya rəhbəri Mühəmməd Qədafinin ölümündən sonra başlanıb – Qəddafi, həmin qeyri-leqal axınlarının qarşısını alırdı.

«Prokuror, şikayəti öyrənəcəyini vəd edib. O, çox ətraflı sənəddir, hüquqi baxımdan tamdır. Biz bunu elə etdik ki, heç kimdə şübhə qalmasın, amma siz gözləməlisiniz» – deyə, iddianı tərtib etmiş vəkillərdən biri olan Xuan Branko «El Mundo»-ya danışıb.

Almaniya kansleri Angela Merkelin irəli sürdüyü və Brüssel tərəfindən həyata keçirilən «geniş açılmış qapılar» siyasətinin izahı göstərir ki, bacarıqlı hüquqşünas məğlubiyyəti necə qələbəyə və əksinə, çevirə bilər. Merkel dəfələrlə qeyd etmək cəhdi göstərib ki, onun fəaliyyəti guya, Yaxın Şərqin və Şimali Afrikanın ağır vəziyyətə düşmüş sakinlərinə bir qayğıdır. Ancaq… frau Merkel və onun ideyasını dəstəkləyən şəxslər «nəyin uğrunda mübarizə aparıblarsa, ona da çatıblar».

Etiraf etmək lazımdır ki, qaçqınların qaytarıldığı düşərgələr əslində, konsentrasiya düşərgələri olub və orada qaçqınlar arasından avropalı olmağa namizədlərin seçilməsi, onların kriminal strukturlara aidiyyəti, daha çox təhsilli və bacarıqlıların seçilməsi üçün bir poliqon rolunu oynayıb. Bütün bunlar o məqsədlə edilib ki, qəbul edilən qaçqınlar «pərsəng» kimi Aİ-nin büdcəsindən «asılmasınlar».

Avroittifaqda hələ də həmin düşərgələrin açılması üçün pul məsələsində razılıq əldə olunmayıb. Əgər orada hansısa Avropa missiyası işləyirsə, hələ ki, onlar müxtəlif təşkilatların pulları hesabına fəaliyyət göstərirlər. Düşərgələr isə qeyri-leqalların trafiki ilə məşğul olan gələcək mafiya yolçuları üçün toplanış məntəqəsi kimi yaradılıb.

2014-cü ilin yanvarından 2017-ci ilin iyuluna qədərki dövrdə 14500 nəfər immiqrant həlak olub və ya Avropaya qaçarkən «itkin düşmüş» elan edilib. Digər immiqrantlar üçün «dənizi keçməmək» strategiyasının dəstəklənməsi isə işləmədi və indi beynəlxalq hüquqşünaslar qrupunun fikrincə, ideya müəllifləri öz fəaliyyətlərinə görə, qanunların ciddiliyi ilə cavab verməlidirlər.

Yaranmış vəziyyəti qimətləndirən bəzi ekspertlər hesab edirlər ki, vəkillərin Beynəlxalq Cinayət Məhkəməsinə müraciəti piar-aksiyadan başqa bir şey deyil.

Buna baxmayaraq, beynəlxalq hüquqşünasların BCM-ə müraciəti Avropa «demokratiyası»nın gerçək simasını (simasızlığını) bütün eybəcərliyi ilə açıb ortaya qoyur…(AzPolitika.info)

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar