Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa deputatlarından seçkilərlə bağlı son açıqlama - Hesabat

Fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə hesabat yayılıb...

Avropanın bir sıra ölkələrinin, o cümlədən İtaliya, Almaniya, Fransa, Polşa, Bolqarıstan, Çexiya, Yunanıstan parlamentlərinin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekspertləri fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə hesabat yayıblar.

PİA.az xəbər verir ki, hesabatda italiyalı deputatlar Osvaldo Napolinin, Ettore Liçerinin və ekspert Angela Krovettinin, almaniyalı deputatlar Ulriç Singerin, Uli Henkelin, fransalı deputat Jan-Luc Reitzerin, ekspert Qregori Jullienin, bolqarıstanlı deputatlar Rumen Geçevin, Manol Genovun, Anton Kutevin, polşalı deputat Katarzina Ueberhanın və ekspert Janusz Niedzvieçkinin, çexiyalı deputatlar Vera Prohazkovanın, Yaroslav Doubravanın, ekspert Rania Younisovanın, yunanıstanlı deputatlar Lazaros Tsavdaridisin, Katerina Monogiounun və Stella Biziounun rəyləri yer alıb. Adları çəkilən parlamentarilər və ekspertlər fevralın 7-dən 10-dək Azərbaycanda olub, seçkiqabağı vəziyyətlə tanış olub, səsvermənin gedişini izləyiblər.

Yayılan hesabatda qeyd edilir ki, müşahidə missiyasının fəaliyyəti müvafiq beynəlxalq qaydalara və Azərbaycan Respublikasının milli qanunvericiliyinə əsaslanıb. Seçkilərin monitorinqi zamanı müşahidə missiyası Azərbaycanda yerli və beynəlxalq monitorinq qrupları ilə mütəmadi əlaqə saxlayıb, şəffaflıq və aşkarlıq prinsiplərinə riayət edib.

Avropalı deputatlar və ekspertlər seçkiqabağı vəziyyətlə əlaqədar bildiriblər ki, seçicilər, müşahidəçilər, polislər üçün məlumat kitabçaları və digər materiallar hazırlanıb, seçkiqabağı müddətdə kütləvi informasiya vasitələrində təbliğat-təşviqat layihələri həyata keçirilib. Həmçinin namizədlərə televiziya və radio kanallarında, qəzetlərdə ödənişli əsaslarla təşviqat aparmaq üçün imkan yaradılıb. Seçkilərlə bağlı kütləvi tədbirlərin və seçkiqabağı təşviqat kampaniyasının həyata keçirilməsi məqsədilə açıq və qapalı yer ayrılıb. Seçicilər, müşahidəçilər və seçkilərlə maraqlanan digər şəxslər seçki ilə bağlı rəsmi məlumatları MSK-nın internet səhifələrindən əldə edə biliblər.

Hesabatda 1000 seçki məntəqəsində veb-kameraların quraşdırıldığı, hər bir seçicinin gizli səsvermə üçün xüsusi texniki vasitələrlə təchiz edilmiş kabinədə şəxsən səs verdiyi bildirilir. Vurğulanır ki, məntəqə seçki komissiyalarının üzvləri və müşahidəçilər heç bir maneə və təzyiq olmadan fəaliyyət göstərirdilər. Məntəqələr seçicilərin rahat səs vermələri üçün bütün lazımi avadanlıq və materiallarla təchiz edilmişdi. Fərqli seçki məntəqələrində müşahidələr zamanı seçiciyə öz iradəsini ifadə etmək üçün təsir göstərmək cəhdləri və ya gizli səsvermənin pozulması kimi hallar müşahidə etmədik. Səsvermənin nəticələrini saxtalaşdırmaq və təhrif etməklə bağlı heç bir problem və ya cəhd qeydə almadıq. Seçki zamanı maraqlı bir yeniliyi də qeyd etmək olar ki, bu da seçicinin barmaqlarının ultrabənövşəyi lampalarla yoxlanılması, xüsusi mürəkkəblə işarələnməsi idi. Səhhəti ilə bağlı məntəqəyə gələ bilməyənlər üçün də lazımi imkanlar yaradılmışdı. Bu məqsədlə seçki məntəqələri səyyar qutularla təmin edilmişdi.

Hesabatda, həmçinin müşahidə missiyasının bəzi çatışmazlıqlar da qeydə aldığı, lakin bu çatışmazlıqların səsvermə prosesinin normal şəraitdə keçməsinə və seçicilərin öz iradələrini sərbəst ifadə etmələrinə təsir göstərmədiyi bildirilir. Qeyd edilir ki, missiyanın üzvləri seçki məntəqələrinin bağlanması, səslərin sayılması və nəticələrlə bağlı protokolların doldurulması prosesini də izləyiblər və bu proses seçki qanunvericiliyinin tələblərinə uyğun aparılıb.

Beləliklə, avropalı deputatların və ekspertlərin fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı yekun rəyi odur ki, bütövlükdə, seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və dünyada qəbul edilmiş demokratik seçki normalarına uyğun keçirilib. Seçkilər şəffaf keçib və seçicilərin öz iradələrini ifadə etməsi təmin olunub.

Hesabatda müşahidə missiyasının üzvlərinin bir sıra tövsiyə xarakterli fikirləri də yer alıb. (yenisabah)

pia.az


Etiket: seçkilər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar