Çərşənbə axşamı, 11 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Avropa çempionatları tarixinə adı düşən futbolçuların siyahısı açıqlanıb

Avropa çempionatlarının rekordçularının siyahısı açıqlanıb...

PİA.az Apasport.az-a istinadən xəbər verir ki, UEFA-nın 1960-cı ildən keçirilən qitə çempionatlarının 60 illik yubileyinə həsr etdiyi yazıda bir neçə final mərhələsində fərqlənənlər yer alıb.

Ümumilikdə 53 futbolçu iki və ya daha çox final mərhələsində qol vurub. Mütləq rekord isə Kriştianu Ronaldoya məxsusdur. Portuqaliyalı 4 turnirdə - 2004, 2008, 2012 və 2016-cı ildə qol sevinci yaşayıb.

Yalnız iki futbolçu birdən artıq çempionatda penaltidən qol vurub. İngiltərəli Alan Şirer 1996 və 2000, fransalı Zinəddin Zidan 2000 və 2004-cü illərdə bunu bacarıb.

Zidan iki çempionatda cərimə zərbəsini qola çevirən yeganə futbolçudur. O, 2000 və 2004-cü illərdə cərimə zərbəsini dəqiq yerinə yetirib.

5 futbolçu eyni rəqibi müxtəlif çempionatlarda məyus edib. Kriştianu Ronaldo iki yığmaya qənim kəsilib. Portuqaliyalı 2004 və 2012-cə Niderlandı, 2008 və 2012-də Çexiyanı mərkəzdən başlamağa vadar edib.

Yunan Angelos Xaristeas (2004 və 2008) və fransalı Yuri Corkayef (1996 və 2000) İspaniyanı, çexoslovakiyalı Zdenek Nehoda (1976 və 1980) Niderlandı, ingiltərəli Alan Şirer (1996 və 2000) Almaniyanı fərqli çempionatlarda məyus edib.

İki finalda qol vuran yeganə oyunçu Fernando Torresdir. İspaniyalı 2008 və 2012-də fərqlənib.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – Foto

Səfirlərin “qara siyahısı” - Kimlər geri çağrılacaq?..

Konstitusiya Məhkəməsi əmanətlərlə bağlı qərar verdi

“Uşaqpulu verilməlidir” – Deputatdan Mirşahinə cavab

"Deputatların bəziləri bu millətin qürurunu qırdı" - Rəşid Mahmudov

Mədəniyyət nazirinin müşaviri və 2 şöbə müdiri işdən çıxarılıb

Azərbaycan Sənaye Korporasiyası ASC-də “papağı günə verənlər“

Lukaşenko səsvermədən sonrakı etirazlara münasibət bildirdi

loading...

Ən çox oxunanalar