Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatı: Cüdoçumuz bürünc medal qazandı - Yenilənib

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

PİA.az-ın məlumatına görə, bolqarıstanlı Yanislav Gerçevlə qarşılaşan 23 yaşlı idmançı rəqibinə ipponla qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

***

Azərbaycan cüdoçuları Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatında mübarizəyə başlayıb.

PİA.az-ın məlumatına görə, yarışın ilk günündə 3 idmançı qüvvəsini sınayıb.

60 kq-da çıxış edən Kəramət Hüseynov 1/16 finalda moldovalı Nikolae Focaya ipponla qalib gəlib. Növbəti raundda Türkiyə təmsilçisi Mihrac Akkuşu məğlub edən 23 yaşlı cüdoçu 1/4 finalda Fransisko Qarriqosa ipponla uduzub.

Təsəlliverici görüşdə Angelo Pantano ilə üz-üzə gələn Hüseynov ipponla qələbə qazanaraq, bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib. 3-cü yer uğrunda görüşdə onun rəqibi bolqarıstanlı Yanislav Gerçev olacaq.

66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov də yarışa qələbə ilə start verib. 1/16 finalda israilli Amit Boboviçi ipponla məğlub edən Avropa çempionu 1/8 finala adlayıb. Lakin bu raunnda moldovalı Vadim Bunesku ilə bacarmayan Səfərov mübarizəni dayandırıb.

Eyni uğursuzluğu həmin çəkidə yarışan azərbaycanlı digər cüdoçu Nicat Şıxəlizadə də yaşayıb. 1/16 finalda slovakiyalı Matey Polyaka ipponla qalib gələn cüdoçu 1/8 finalda Portuqaliya təmsilçisi Joao Krisostomoya da uduzaraq, yarışla vidalaşıb.

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil olunur. Çempionatda 45 ölkədən 359 idmançı iştirak edir.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar