Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Birliyinin biabırçılığı: Azərbaycan üçün “Şərq Tərəfdaşlığı” kitabı bağlandı?

“Şərq Tərəfdaşlığı” toplantısında ərazi bütövlüyü dəstəklənmədi. Bundan sonra nə olcaq?...

Politoloq: “Avropa İttifaqı Dağlıq Qarabağ ermənilərinə başqa hüquq tanımaq istəyirlər. Buna görə də Azərbaycanın ərazi bütövlüyünü tanımadıqların nümayiş etdirirlər”.

Azərbaycanla Avropa İttifaqı arasında “Şərq Tərəfdaşlığı” çərçivəsində bağlanacaq sazişdə ərazi bütövlüyü müddüasına əməl edilməməsi acı təəssüf hissi doğurur”.

Bu sözləri politoloq Qabil Hüseynli Brüsseldə “Şərq Tərəfdaşlığı” toplantısında üzv ölkələrin ərazi bütövlüyünün dəstəklənməməsini PİA.az-a şərh edərkən qeyd edib.

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı diplomatik qalmaqal yaşanıb. Toplantıda Avropa İttifaqı ölkələrinin və “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmayıb və nəticədə Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina edib.

Mənbələr bildiriblər ki, Azərbaycan nümayəndə heyəti yubiley bəyannaməsinin mətnindən narazılıq ifadə edib və onun dəyişdirilməsini istəyib. Çünki sənəddə ərazi bütövlüyü prinsipi dəstəklənmirdi.

Lakin bəyannamənin mətnini dəyişdirməyiblər və əvəzində statusunu aşağı salmağa qərar veriblər. Belə ki, bəyannaməni nazirlər yox, təkcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federiko Mogerini imzalayıb.

Bundan əlavə bəyannamənin mətninin müzakirələri zamanı Gürcüstan və Ukrayna nümayəndə heyətləri də narazılıq ifadə ediblər. Çünki sənəddə Brüssel tərəfindən “Şərq tərəfaşlığı”ına daxil olan “ayrı-ayrı ölkələrin” Avropa İttifaqına üzvlük səyləri tanınmır. Bununla belə Tbilisi və Kiyev bəyannamədə “Şərq tərəfdaşlığı”nın əvvəlki sənədlərinə istinad göndərilməsini kafi hesab ediblər.

Avropa Birliyinin beynəlxalq əsaslara uyğun olaraq ölkələrin tanımış sərhədlərini tanımaqdan yayınması hansı anlama gəlir və bu beynəlxalq hüquqa nə qədər uyğundur? Demək olarmı ki, Azərbaycan üçün bundan sonra öz əhəmiyyətini itirdi və bu saziş artıq bağlanmayacaq?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli müraciət edib.

Qabil Hüseynli: “NATO-nun, Avropa Parlamentinin bəyanatlarında göstərilir ki, postsovet məkanındakı bütün münaqişələr ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Amma indi bunun əskini edirlər”.

“Şərq Tərəfdaşlığı” toplantısında üzv ölkələrin ərazi bütövlüyünün dəstəklənməməsini biabırçılıq kimi qəbul edən politoloq əlavə edib ki, demokratiyadan dən vuran məkanın anti-demokratik addımları başa düşələn deyil:

“Bu çox böyük biabırçılıqdır və beynəlxalq hüququn heç bir normalarına uyğun gəlmir. NATO-nun, Avropa Parlamentinin bəyanatlarında göstərilir ki, postsovet məkanındakı bütün münaqişələr ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Amma indi bunun əskini edirlər.

Brüsseldə “Şərq Tərəfdaşlığı” toplantısında Moldovanın, Gürcüstanın ərazi bütövlüyü tanınır. Halbu ki, Gürcüstanda Abxazlar, Osetinlər avarigen xalqlardır. Onların öz müqədaratını təyin etmək hüquqları var. Buna baxmayaraq Gürcüstanın ərazi bütövlüyü tanınır.

Qabil Hüseynli: “Demokratiyadan dən vuran məkanın anti-demokratik addımlarını başa düşə bilmirəm”.

Avropa İttifaqı Dağlıq Qarabağ ermənilərinə başqa hüquq tanımaq istəyirlər. Buna görə də Azərbaycanın ərazi bütövlüyünü tanımadıqların nümayiş etdirirlər. Bu da başdan ayağa biabırçılıqdır. Mən bunu pisləyirəm. Demokratiyadan dən vuran məkanın anti-demokratik addımlarını başa düşə bilmirəm.

Hələ ümidimizi son ana qədər itirməyək. Çünki onların içərisində ərazi bütövlüyünün tanınmamasına etiraz edən ölkələr var. ATƏT-in toplantılarının hamısında Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Amma Azərbaycanla Avropa İttifaqı arasında “Şərq Tərəfdaşlığı” çərçivəsində bağlanacaq sazişdə ərazi bütövlüyü müddüasına əməl edilməməsi acı təəssüf hissi doğurur”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar