Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Avro-2020”nin püşkatma səbətlərinin tərkibi təsdiqləndi

UEFA 2020-ci ilin futbol üzrə Avropa çempionatının final hissəsinin püşkatması səbətlərinin tərkibini təsdiqləyib...

Final mərhələsinin püşkatma səbətlərinin tərkibi təsnifat turnirinin yekunlarına əsasən yığmaların reytinqi əsasında müəyyənləşib.

Rusiya ilə Danimarka turnirin ev sahibləri olaraq avtomatik olaraq çempionatın “B” qrupunda yer alıblar.

Belçika, İtaliya, İngiltərə, İspaniya, Ukrayna və Almaniya komandaları birinci səbətdə yer alıblar.

İkinci səbətdə Rusiya yığması ilə bərabər, Fransa, Polşa, İsveçrə, Xorvatiya və Niderland komandaları təmsil olunublar.

Üçüncü səbətə Danimarka, Portuqaliya, Türkiyə, Avstriya, İsveç və Çexiya komandaları daxil olub.

Dördüncü səbətdə Uels və Finlandiya yığmaları, eləcə də Millətlər Liqasının təmsilçiləri arasında pley-offun dörd qalibi təmsil olunacaq.

Avropa çempionatının qrup mərhələsinin püşkatması noyabrın 30-da Buxarestdə keçiriləcək.

Avropa çempionatının 60 illik yubileyi münasibətilə matçlar Avropanın 12 şəhərində, o cümlədən Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.

pia.az


Etiket: UEFA 2020

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar