Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AVRO-2020: Səkkiz şəhər UEFA-ya təminat verdi - Rəsmi

AVRO-2020-nin oyunlarına ev sahibliyi edəcək təşkilatçı şəhərlərdən 8-i azarkeşlərlə bağlı UEFA-ya təminat verib.

Bu barədə qitə futbol qurumunun rəsmi saytı xəbər yayıb.

Onların arasında A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək Bakı şəhəri də var.

Azərbaycan paytaxtı ilə yanaşı, Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka) və Qlazqo (Şotlandiya) sözügedən məsələ barədə UEFA-nı məlumatlandırıb.

UEFA-nın açıqladığı məlumata əsasən, ən çox azarkeş Macarıstan paytaxtında olacaq. "Puşkaş Arena"ya ümumi azarkeş tutumunun (67 215) 100 faizi qədər tamaşaçı buraxılacağı açıqlanıb.

Bakı Olimpiya Stadionu və "Sankt-Peterburq Arena"da 50 faiz, Amsterdamdakı "Yohan Kroyf Arena", Kopenhagendəki "Parken" stadionu, Buxarestdəki Milli Stadion və Qlazqodakı "Hempden" stadionunda ümumi tutumun 25 - 33 faizi qədər azarkeş olacaq. İngiltərə isə Londondakı "Uembli" stadionunda oynanılacaq qrup mərhələsinin üç və 1/8 finalın bir oyununda minimum 25 faiz fanat iştirak edəcəyini bildirib. Təşkilatçı şəhər yarımfinal və final görüqşlərində azarkeş sayının artırılacağına ümid edir.

Münhen (Almaniya), Roma (İtaliya), Bilbao (İspaniya) və Dublin (İrlandiya) isə tamaşaçılarla bağlı planlarını aprelin 19-da təqdim edəcəklər. Bu şəhərlər barədə yekun qərar məhz həmin gün veriləcək.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar