Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AVRO-2020-nin final mərhələsinin oyunlarını AzTV və İTV yayımlayacaq

İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələnib...

Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib.

Qeyd edək ki, 12 iyun-12 iyul tarixlərində keçiriləcək AVRO-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində baş tutacaq.

Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir oyunu Bakı Olimpiya Stadionunda oynanılacaq.

AVRO-2020-nin final mərhələsinin püşkatma mərasimi noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.

Bakı vaxtı ilə saat 21-də başlayacaq tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

Avropa Futbol İttifaqının 60 illik yubileyi münasibətilə AVRO-2020-nin müxtəlif şəhərlərdə keçirilməsi ideyası UEFA tərəfindən 2012-ci il dekabrın 6-da açıqlanıb. 2014-cü il sentyabrın 19-da UEFA-nın İcraiyyə Komitəsinin İclasında isə 12 ev sahibi şəhər təsdiqlənib.

pia.az


Etiket: AVRO-2020


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar