Bazar, 22 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Avrasiyada turizmin inkişafına qrantlar ayrılacaq

Bu barədə  Nəriman Manafbekov müsahibəsində bildirib

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində üzv ölkələrə turizm infrastrukturunun inkişafı üçün qrantlar ayrılacaq.

Bu barədə “Report”a müsahibəsində Asiya İnkişaf Bankının (ADB) Azərbaycan nümayəndəliyinin rəhbəri Nəriman Manafbekov bildirib.

“Hazırda bu istiqamətin inkişaf etdirilməsi üçün hərtərəfli işlər görülür. Fikrimizcə, turizm ölkələr arasında sosial iqtisadi və mədəni əlaqələri genişləndirə, ölkələri və insanları yaxınlaşdırmaqla aralarında dialoqu inkişaf etdirə bilər. Həmçinin özəl sektorun inkişafı baxımdan da böyük əhəmiyyət daşıyan turizm sahəsində bir sıra məsələlər yaranıb ki, bunlar həm hər ölkənin ayrı-ayrılıqda, həm də bir çox ölkələrin birgə səylərilə həll oluna bilər. Bu məqsədlə ADB ötən ay regional turizmin və konkret regional proqramların inkişafı, turizm agentliklərinin təşkilati potensialının gücləndirilməsi üçün kompleks strateji proqramlar hazırlamaq üçün CAREC üzv ölkələrinə 2 milyon dollar məbləğində texniki dəstək layihəsini təsdiqləyib”, - deyə ADB nümayəndəsi qeyd edib.

Qeyd edək ki, ADB-nin təşəbbüsü ilə 2001-ci ildən həyata keçirilən CAREC proqramında hazırda 11 ölkə - Azərbaycan, Çin, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Monqolustan, Özbəkistan, Pakistan, Tacikistan, Türkmənistan iştirak edir. Proqram həmçinin Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, BMT İnkişaf Proqramı kimi nüfuzlu maliyyə təsisatları tərəfindən dəstəklənir.

pia.az

Etiket: ADB

Şərh yazın.

loading...