Çərşənbə axşamı, 17 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Avqustun 17-dən temperatur yüksələcək” – Baş hidroloq

“Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq”

PİA.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, avqustda mülayim küləkli hava şəraiti gözlənilir: “Bu ay cənub, cənub-şərq küləyi üstünlük təşkil edəcək. Temperatur nisbətən yüksələcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu ayın 15-i, 16-sı 30-35 dərəcə, 17-də isə 31-36 dərəcə arasında dəyişəcək”.

Baş hidroloq qeyd edib ki, avqustun 17-dən başlayaraq temperatur tədricən yüksələcək: “Avqustda kəskin istilər gözlənilmir. Havanın temperaturu 31-36 dərəcə arasında dəyişəcək”.

A.Verdiyev bildirib ki, arada küləkli hava şəraiti müşahidə olunsa da, güclü külək gözlənilmir.

pia.az


Şərh yazın.

loading...