Çərşənbə, 20 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ATV-nin aparıcısının rəsmi adı Maradona imiş... - Foto

ATV kanalının aparıcısı Murad Əzimzadə maraqlı etiraf edib.

PİA.az xəbər verir ki, o, 17 il rəsmi olaraq Maradona adını daşıdığını bildirib:

"17 il rəsmi (sənədlə) olaraq adım Maradona olub. Bu ada görə Gəncədə tanınırdım. Bəziləri adımı ələ salırdı, bəziləri təəccüblə, maraqla qarşılayırdı. Maradona adıma görə, Gəncəylə bir idim. Adımı atamın atası Həsən babam və bibim qoymuşdular. Futbolu sevirdilər, həm də bu təkcə futbol sevgisi deyildi, modern dövrə, çağdaş həyata ayaq uyduran bir ailənin kiçik inqilabı idi. 17 yaşımda gələcək həyatımı, işlərimi, övladımı düşünərək adımı milliləşdirib Murad etdim. Lakin buna baxmayaraq məni Gəncədə Maradona kimi tanıyırlar! İndi xəbər tutdum ki, 17 il ismini daşıdığım Maradona vəfat edib, üzüldüm. Babamla bağlı daha bir xatirənin məni tərk etməsinin hiss etdirdiyi sazağı iliklərimdə hiss etdim... Axı babamdan mənə qalan sevimli futbolçusu olan Maradona idi. Maradonadan mənə qalan isə çılğınlıq, futbol və özün olmağı bacarmaq qabiliyyəti oldu. Səni unutmayacağıq, adaş! İzin həmişə toplarda, stadionlarda gəzəcək".

Qeyd edək ki, ötən əsrin iki futbol dahisindən biri hesab edilən Maradona bu gün 60 yaşında vəfat edib. (Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənilər yolu bağladı, rus general “Artsax” dedi - Sülhməramlıların yeni “tamaşası” -Video

Prezident döyüşən zabitləri təltif edir, Xanlar Vəliyev isə həbsə göndərir

Məhərəm Əliyev ermənilərə pasport verən şəxsi işdən çıxarmışdı, Ramiz Mehdiyev isə vəzifə verdi

Toylarla bağlı mühüm açıqlama: "Ramazan bayramından sonra.."

Oliqarx məmur Kəmaləddin Heydərovun ailə biznesinə yaxın şirkətlər ləğv edilir

“Mən də insan idim…” – Əli Həsənov günahını yumağa başladı

“Bizə deyirdilər ki, Ramiz Mehdiyevdən başqa kimi istəyirsiniz söyün” - Hafiz Hacıyev

Qarabağa zorla köçürülən ermənilər geri qaçır - Yalan statistikanın gerçək tərəfləri

Cahangir Əsgərova məxsus şirkətlərin siyahısı

“Yeni Azərbaycan Partiyasının adına utanıram ki, Siyavuş Novruzov kimi üzvü var”

Dollar yanvarın 21-də bu qiymətə satılacaq - Rəsmi

loading...

Ən çox oxunanalar