Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATU-nun kafedra müdiri: “Testlər dövlət hesabına alınır, özəl müəssisələrdə niyə görə pullu olmalıdır?”

KORONAVİRUSLA MÜBARİZƏNİN STRATEGİYA VƏ TAKTİKASI

Son günlər COVİD19-un artım sürətilə bağlı vəziyyət kritikləşdiyinə görə, əksər ölkələrdə olduğu kimi bizim ölkəmizdə də karantin tədbirləri daha da sərtləşdirilmişdir. Bunun zərurətdən olduğunu söyləsələr də, unutmaq olmaz ki, tarixin yaddaşına əbədi həkk olunan 60-dan artıq epidemiya və pandemiyanın virus təbiətli olanlarından heç birinin qarşısı, sərt karantin tədbirlərilə alınmayıb və alına da bilməzdi. Hərgah viral infeksiyaların müəyyən zaman müddətində lokallaşdırılması zərurəti yaranarsa, yalnız bu halda (infeksiyanın latent dövrü müddətindən artıq olmamaq şərtilə), özü də, xüsusilə sərt (tam qapanma) - hərbi karantin tədbirləri, qısa müddətli səmərə verə bilər. Uzunmüddətli karantin tədbirlərinin insan orqanizminə vurduğu zərəri nəzərə almasaq belə, tək iqtisadi yönümü, bütün hallarda onun gözlənilən səmərəsini üstələyir. Çünki insan sağlamlığının təməl əsası da ilk növbədə mənsub olduğu ölkənin iqtisadi qüdrətindən birbaşa asılıdır. Odur ki, xalqımızın sağlamlığı ilə yanaşı, biz nəyin bahasına olursa olsun, iqtisadiyyatımızın da çökməsinə imkan verə bilmərik və verməməliyik.

Düzü COVİD-19 haqqında dünyada əsil reallıq necədir? Bu mənə də qaranlıqdır, lakin aşağıdakı punktlar üzrə yazdıqlarım bu infeksiya ilə mübarizədə mütləq reallıqdır:

1. Kütləvi şəkildə PZR və seroloğı testlər aparılmalıdır; bu testlər bütün ölkə ərazisini, xüsusən risk qrupundan olan bütün insanları əhatə etməlidir; testlərin aparılmasına bütün dövlət və özəl tibb müəssisələri cəlb olunmalıdır; bu testlər mütləq şəkildə məcburi, təmənnasız və ödənişsiz olmalıdır; bütün hallarda ödənişin təminatçısı dövlət olmalıdır; bunun böyük maddi vəsait tələb etdiyini söyləyənlər, alınacaq məlum sayda testlərin qiymətilə, karantin tədbirlərinin ölkə iqtisadiyyatına son 9 ayda vurduğu zərərin arasındakı qiymət fərqini hesablasın

2. Bütün mövcud qapalı və açıq apteklər şəbəkəsi məlum dərman maddələri, xüsusən, potensial aktiv antiviral preparatlar ilə təmin olunmalı və daxili təminat bütünlüklə dövlət nəzarətinə götürülməlidir; xüsusi həkim resepti əsasında istər xəstəxana, istərsə də ev şəraitində müalicə alan hər bir xəstə bu dərman preparatları ilə fasiləsiz, heç bir ödəniş etmədən və qeyri-şərtsiz olaraq təmin olunmalıdır; istər test sınaqlarının aparılması, istər dərman təchizatı, istərsə də fasiləsiz dərman təminatında şəffaflığın təmin olunmasına nəzarət, birbaşa DTX-yə həvala olunmalıdır; bu halda bir kimsə nə test (axı testlər dövlət hesabına alınır, özəl müəssisələrdə bu testlər nəyə görə pullu olmalıdır; bax bunu, ümumiyyətlə başa düşə bilmirəm), nə də dərman təchizatı və təminatına qazanc yeri kimi baxa bilməyəcək və maddi sıxıntı içərisində olan xalqın son çörək pulunu da əlindən almağa cəsarət etməyəcəkdir. Əks halda cəzalandırma müharibə dövrü qanunlarına uyğun olmalıdır (COVİD-19 III dünya müharibəsidir).

3. Ölkə iqtisadiyyatının davamlılığının təmin olunması, təhsil, yaşam ritmi və normal həyatın bərpası naminə yuxarıda söylədiklərim, eləcə də aşağıdakı punktlar üzrə şərtlər daxilində, sərt karantin tədbirləri davamlı olaraq aradan qaldırılmalıdır. Karantin tədbirlərinin aradan qaldırılacağı təqdirdə şəxsi gigiena qaydaları, ünsiyyət formaları, qapalı məkanlarda maskadan istifadə kimi şərtlərə əməl olunması, ciddi nəzarətə götürülməlidir. Bu tələbləri pozanların ən ağır şəkildə cəzalandırılacağı, gün ərzində dövrü olaraq bir neçə dəfə bütün informasiya vasitələrində (televizor, radio və s.) səsləndirilməlidir. Lazım gələrsə, Milli Məclis buna hüquqi əsas verən qanun qəbul etməlidir

4. Mən son onilliklərdə insanlar arasında yaranan bəzi “abnormal” yaşam tərzini görür və belə bir infeksiyanın olacağını təqribən 3-4 il əvvəldən hiss edirdim və bu haqda yaxın ətrafımı və ünsiyyətdə olduğum həmkarlarımı məlumatlandırırdım. Düşünürəm ki, məlum səbəblərdən bu infeksiya təbiətin özünütənzim mexanizmlərindən biridir. Odur ki, ondan qorunmanın əsas yolu da təbiətin “əksiliklərin vəhdəti və qorunması” qanuna istinaddır. Yəni çox sadədir. Bunun üçün şəxsi gigiena qaydalarına əməl etmək, cəmiyyətdə zaman-zaman yaranmış olan bəzi qeyri-normal ünsiyyət formalarına birdəfəlik son qoyulmalıdır

5. Diqqət edin, bu gün əksər insanlar həkimə müraciət etmədən ev şəraitində C və D kimi vitaminləri mütəmadi olaraq qəbul edir, özlərinə müxtəlif sistemlər vurdurur, bir balaca hərarət hiss edən və ya ağrıyan kimi azitromisindən tutmuş deksametazona qədər əllərinə nə keçdi özlərinə vurdururlar; bu insanın öz bədəninə qarşı etdiyi ən böyük cinayətdir. Yaxşı, tutaq ki, onlar bununla sağaldılar. Bəs bu ağır müalicənin gələcəkdə böyrək, qara ciyər, endokrin və sinir sistemində törədə biləcəyi geridönməz fəsadlardan necə sığortalanacaqlar? Belələrini qınamaq da olmur, psixi sarsıntı insanı hər şeyə vadar edir. Bunun qarşısının alınması və insanların nəzarətsiz dərman qəbulundan qurtarmağın yeganə yolu, sadəcə olaraq, səhiyyə sisteminin ciddi şəkildə səfərbər olunması və mütəxəssislər tərəfindən insanların düzgün maarifləndirilməsidir. Bunun hələ Sovet dönəmindən qalma çox sadə bir yolu var. Məsələn, keçən əsrin 60-70-ci illərində müvafiq sahələr üzrə alimlər səfərbər olunur və qruplar halında bölgələrə ezam olunurdular. Onlar günlər, həftələrlə şəhərlər, rayonlar, qəsəbələr və kəndləri yerlərdə olan və onlara təhkim olunan məsul şəxslərlə birgə gəzərək, maarifləndirici tədbirlər keçirir, insanlarla canlı ünsiyyət qururdular. Məgər indi bu təbliğat metodundan istifadə etmək olmazmı? Əlbəttə ki, olar. Sadəcə, bunun üçün tək xalqla bir yerdə olmaq yox, xalqı üçün döyünən, “yanan ürək” lazımdır.

6. Son olaraq, insanlarımıza müraciət edirəm: psixi sarsıntı, stress, gərginlik, həyəcan keçirməyin, zərurət olmadıqda heç bir dərman maddəsi, xüsusən antibiotik, vitamin, hormon preparatıarı, eləcə də antiviral dərmanları qəti şəkildə qəbul etməyin. Keçən il bu aylarda neçə dəfə yüngül soyuqlama keçirməyinizi, qrip olduğunuzu, burnunuzun axdığını, bədəniniz ağrıdığını (bu sözlərim xüsusən siqaret çəkənlərə aiddir) yadınıza salın və sakitləşin. Düzdür, COVİD-19 ağır infeksiyadır, lakin, hər boğaz ağrısı, əzələ ağrısı, temperaturun yüksəlməsi, iybilmə və dadbilmənim itməsi, inanın və ətrafınızdakıları da inandırın ki, koronavirus deyildir. Birdə ki, bu infeksiya bizim xalqımız üçün faciə deyildir və faciə ola da bilməz. Unutmayın ki, “hər bir qaranlıq gecənin sonu işıqlı və nurlu səhərdir”.

Musa Qəniyev

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar