Cümə axşamı, 28 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

ATƏT-in Minsk qrupu Qarabağ məsələsinə dair bəyanat verib

ATƏT-in Minsk qrupu həmsədrlərinin nümayəndə heyəti rəhbərləri Qarabağla bağlı bəyanat veriblər.

PİA.az xəbər verir ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasının ilk gününün yekununa görə yayılmış bəyanatda Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransa Avropa və xarici işlər naziri Jan-İv lö Drian, ABŞ dövlət katibinin müavini Steven Biqan Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin, Rusiya prezidentinin 9 noyabr 2020-ci il tarixli birgə bəyanatına uyğun olaraq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların başa çatmasını alqışlayıblar. Həmçinin hərbi əsirləri və həlak olanların meytlərini qarşılıqlı təhvil vermək barədə beynəlxalq humanitar hüququ müddəalarını tərəflərin yerinə yetirməsinin vacibliyi də qeyd olunur.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsi dövründə, o cümlədən son hərbi əməliyyatlar zamanı didərgin düşmüş insanların könüllü və təhlükəsiz şəkildə geri qayıtması üçün müvafiq şərait yaradılmasının zəruri olduğunu, Dağlıq Qarabağda və ətraf ərazilərdə tarixi, dini mirasın mühafizəsinin əhəmiyyətini də vurğulayıblar”, - deyə açıqlamada göstərilir.

Bəyanat müəllifləri həmsədrlərin himayəsilə uzunmüddətli sülh razılaşmasına nail olmaq üçün AzərbaycanErmənistanı hazırkı atəşkəsdən yararlanmağa da çağırırlar: “Bu baxımdan həmsədr ölkələr ilk fürsətdə həmsədrləri regionda qəbul edərək razılaşdırılmış cədvələ uyğun olaraq bütün həll olunmamış məsələlərə dair konkret danışıqlara başlamağa israrla çağırırlar”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Şuşaya təyin edilən xüsusi nümayəndə kimdir?

Oqtay Əsədovun Sulutəpədəki villası – 4 hektar ərazidə tikilib – Fotolar

Tağı Əhmədovun xanımı: “O da insandır, dağ deyil, daş deyil”

Putin: “İndi qarşımızda qaçqınları Qarabağa qaytarmaq vəzifəsi dayanır”

Ermənistan İranın Qarabağ planını niyə qəbul etməyib?

Xankəndinin idarəetməsi zamanla Bakıya keçəcək

Bakıda gənc qadını doğrayıb zibil qutusuna atdılar - Yenilənib

Prezident Şuşa üzrə xüsusi nümayəndəsini təyin etdi

Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib

Türkiyə alimləri COVID-19-u bir dəqiqəyə məhv edən preparat hazırlayıb

Ən çox oxunanalar