Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atəşə tutulan Horadizlə bağlı icra hakimiyyətinin açıqlaması

"Ermənistan ordusu Füzulini atəşə tutmağa davam edir".

Bunu "Yeni Müsavat" qəzetinin Füzuliyə ezam olunmuş reportyorlarına Füzuli rayon icra hakimiyyətinin şöbə müdiri Bayram Niftəliyev deyib.

Bayram Niftəliyev qeyd edib ki, bu vaxta qədər 16 evə ciddi ziyan dəyib, mülki şəxslər arasında yaralananlar var.

İcra hakimiyyətinin rəsmisi bildirib ki, sentyabrın 27-dən etibarən əsasən Horadiz şəhəri, Alıxanlı, Şükürbəyli, Əhəmdalılar, Qazaxlar kəndləri və Zovcuq qəsəbələri atəşə tutulub.

B.Niftəliyev əlavə edib ki, hazırda icra hakimiyyətinin səlahiyyətli şəxsləri zərər dəymiş evlərə baxış keçirir.

Bu barədə daha ətraflı növbəti yazımızda məlumat verəcəyik.

Qeyd edək ki, B.Niftəliyevlə görüşümüz Füzuli rayon icra hakimiyyətinin binası qarşısında baş tutdu. Saat 10:00 radələrində də ermənilər Horadiz şəhəri və ətraf kəndləri atəşə tutmağa davam edirdi. Azərbaycan ordusu ağır artileriyadan düşmən mövqelərinə ağır zərbələr etdirməkdə davam edir.

Bir az əvvəl Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilir ki, Füzuli istiqamətində ermənilərin iki tankı məhv edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar