Şənbə, 04 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ataya jurnalist gödəkcəsini kim verib? – MŞ-dan cavab

Ötən gecə bloger Ata Abdullayevin Xocalı soyqırımı günü Bakının mərkəzində çalışan bar-klubun fəaliyyət göstərməsini tənqid etməsi görüntüləri zamanı əynindəki jurnalist gödəkcəsi diqqət çəkib...

Yalnız Mərbuat Şurasının üzvü olan media qurumlarına verilən jurnalist gödəkcəsinin Ata Abdullayevin əynində olması sosial şəbəkələrdə müzakirə yaradıb və belə bir sual doğurub: bir bloger və ya fərdi jurnalistika ilə məşğul olan şəxs MŞ-dan jurnalist gödəkcəsi ala bilərmi?

Məsələ ilə bağlı saytımıza açıqlama verən Azərbaycan Mətbuat Şurasının (MŞ) sədr müavini Müşviq Ələsgərli bildirib ki, blogerə jurnalist gödəkcəsi MŞ tərəfindən verilməyib:

“Gödəkcə standart deyil və Mətbuat Şurası tərəfindən verilməyib. Ümumiyyətlə, Mətbuat Şurası tərəfindən heç bir blogerə və müstəqil çalışan fərdi şəxslərə gödəkcə verilməyib. Mətbuat Şurası gödəkcələri yalnız redaksiyalara verir. Xüsusilə 2019-2020-ci illərdə keçirilən aksiyalarda ortaya belə fakt çıxdı ki, bir qisim insan çalışdıqları redaksiyalardan gedəndə o gödəkcələri özləri ilə aparıblar. İndi fərdi jurnalistika ilə məşğul olsalar da, yenə də MŞ-nın verdiyi gödəkcədən istifadə edirlər. Bir qisim şəxslər isə kustar halda hazırlanaraq bənzədilmiş gödəkcələrdən istifadə edirlər. Bu da yolverilməzdir”.

M.Ələsgərli bildirib ki, MŞ gödəkcəsindən bu cür sui-istifadə edən şəxslərlə bağlı hansısa cəza və qadağa hələlik yoxdur:

“Ona görə də MŞ yeni gödəkcəyə keçmək istəyir ki, bu anlaşılmazlıq aradan qalxsın. Yaxın vaxtlarda Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə yeni gödəkcələr hazırlayıb təqdim edəcək. Burada yeni mexanizmlər olacaq. Gödəkcələr kodlaşdırılacaq və nömrələnəcək. Artıq bunu saxtalaşdırmaq və başqaları ilə əvəz etmək mümkün olmayacaq. Gödəkcələr nömrələrlə konkret şəxslərə veriləcək və nömrəni itirən şəxslər məsuliyyət daşıyacaqlar”.(axar.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Çinin koronaya qalib gəlməsinin sirri - Məhəllə Komitələri

"Gül balalar" Milli Məclisdən yola salınır - Zahid Oruc

Xalqın ağır günündə Zeynəb Xanlarova niyə susur?

Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlandı - Foto

İcra başçısının müavini vəzifəsindən azad edildi  

Azərbaycanda rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artdı - Siyahı

Ramiz Mehdiyev maaşının yarısını fonda ianə etdi

Qlobal pandemiyaya qarşısında aciz qalan ABŞ super güc titulunu itirir...

loading...

Ən çox oxunanalar