Cümə axşamı, 26 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Atası Göyçayda fermada intihar etdiyi deyilən qızının öldürüldüyünü iddia edir

Göyçayda fermada asılmış vəziyyətdə aşkar edilmiş 29 yaşlı Münəvvər Məmmədovanın valideynləri onun qəsdən öldürüldüyünü iddia edir.

Mərhumun atası Şamil Novruzov APA-ya açıqlamasında bildirib ki, hadisə bu il yanvarın 6-da səhər saatlarında baş verib. Qızının qayınanası Nurbahar Məmmədova onlara zəng edərək, Münəvvərin böyrək çatışmazlığından vəfat etdiyini deyib: “Mən ailəmlə Bakıda yaşayıram. Yanvarın 6-da günorta qızımın qayınanası mənə zəng edərək Münəvvərin vəfat etdiyini dedi. Axşam saat 10-da onların yaşadığı İsmayıllı rayonu Kürd Eldarbəyli kəndinə çatdım. Mən ora çatanda qızımı tələsik dəfn etməyə hazırlaşırdılar. Dedilər, qəbir də qazılıb, hər şey hazırdır.

Mən müdaxilə edəndə kənd camaatı üstümə gəldi ki, mane olmayım. Sonra kəndin həkimi Ağasəlim gəldi, dedi ki, bu kəndin ekspertizasına o baxır, qızım yatıb oyanmayıb. Mən yenə israr etdim ki, sən buna əminsənmi? Yüz faiz əmin olduğunu söylədi. Yenə də mən qızımı dəfn etməyə imkan vermədim. Daxili İşlər Nazirliyinin “Qaynar xətti”nə zəng edib məlumat verdim. Qızımın qayınanası Nurbahar mənə yalvardı ki, zəng elə, polisi geri qaytar. Polislər gələndən sonra qızımın əri Sahil Məmmədovu saxladılar. Sahildən sonra Göyçaydakı fermada qalan 5 yaşlı qızını da gətirib ifadəsini aldılar. Qızımın nəşini isə İsmayıllı rayonunun morquna apardılar”.

Şamil Novruzovun sözlərinə görə, ekspertizadan sonra qızının özünü asaraq intihar etdiyi bildirilib: “Ekspertiza zamanı həkimlərdən biri isə qardaşıma deyib ki, bu qızı asıb öldürüblər. Meyiti gətirib Bakıda dəfn etdim. Mənə deyirlər ki, qızım intihar edib. Lakin mən bilirəm ki, qızım heç vaxt intihar etməz. Onun üç azyaşlı övladı var. Bundan başqa, asılan adamda ip dairəvi bağlanır, boğazda qalır, bunda isə ip boğazından alnına kimi gedib”.

Şamil Novruzov qızına evlilik müddətində ailə üzvləri tərəfindən işgəncə verildiyini iddia edir: “Münəvvər o fermada əzab çəkib. Qaynı Habil Məmmədov hadisədən bir neçə gün əvvəl qızımı boğub, sonra da döyüb, pəncərədən atmışdı. Qızıma bizimlə telefonla danışmağa da icazə vermirdilər. Hər dəfə fürsət düşəndə, deyirdim, qayıt gəl evə, deyirdi ki, üç uşağı var, necə gəlsin?”

Münəvvər Novruzovanın anası Zeynəb Novruzova da ərinin dediklərini təsdiq edərək qızının öldürüldüyünü iddia edir.

Münəvvər Məmmədovanın ölüm səbəbi ilə bağlı yanlış rəy verdiyi iddia olunan Kürd Eldarbəyli kənd tibb məntəqəsinin baş həkimi Ağasəlim Ağayev APA-ya bildirib ki, ümumiyyətlə, mərhumu müayinə etməyib, yatıb, oyanmamasını isə ailə üzlərinin söylədiklərinə əsasən deyib: “Məndən kənd icra nümayəndəsi də, müstəntiq də soruşdu. Onlara da dedim ki, ölüm səbəbi ilə bağlı ilkin rəyi Münəvvər Məmmədovanın ailə üzlərinin dediklərinə istinadən vermişəm”.

APA-nın əməkdaşı Münəvvər Məmmədovanın həyat yoldaşı ilə də danışıb. M. Məmmədovanın həyat yoldaşı Sahil Məmmədov hadisə ilə bağlı həm özü, həm də anasının prokurorluqda ifadə verdiklərini bildirib. S.Məmmədov həyat yoldaşının başqa biri ilə münasibətinin olduğunu da iddia edib: “Minəni başqa adamla danışanda tutmuşam, mesajları da durur. Ölüm səbəbini gizlətməyimə gəlincə, bunun cavabını prokurorluqda vermişəm”.

Araşdırma zamanı diqqət çəkən bir məqama - hadisə ilə bağlı Kürd Eldarbəyli kənd tibb məntəqəsinin baş həkimi Ağasəlim Ağayevin səhv rəy verməsinin təsdiqini tapmasına gəlincə, qanunvericiliyə əsasən, tibb məntəqəsinin həkimi hər hansı şəxsin ölüm səbəbi ilə bağlı rəy verə bilməz, bu, birbaşa Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin səlahiyyətindədir.

Tanınmış cərrah, professor Adil Qeybulla da açıqlamasında bildirib ki, qanunvericiliyin bu tələblərini pozaraq yanlış rəy vermiş həkim məsuliyyətə cəlb oluna bilər.

Faktla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, qeyd olunan faktla bağlı hazırda Göyçay Rayon Prokurorluğunda tam və hərtərəfli araşdırma aparılır. Nəticəsindən asılı olaraq hüquqi qiymətin verilməsi təmin ediləcək.

pia.az

 


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Çox keçməz ki, Rusiya qarşısında qalib Ukraynanı görəcək" - Qubad İbadoğlu

Rektor təyin etmək üçün 150 min manatını aldı: Sabiq vəzifəli şəxsin cinayət əməlləri

Naxçıvan xariqələri: Muxtar Respublikada mebel monopoliyasına Iğdırlı iş adamı baxır

144 saylı baxçanın müdiri yarım milyonluq villanı hansı pulla tikdirib? - Fotosənəd

Azərbaycan sosial dövlət anlayışından çıxır? - Zahid Orucdan şərh

“Moskva da, Brüsel də istəyir ki, münaqişə oçağı qalsın” 

Ankarada İsveç və Finlandiya heyətləri arasında razılıq əldə olunmayıb - Yenilənib

"Qanuni oğru”ların bakılı anası: Gizli kazinolar, almaz alveri… 

Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər həyata keçirilməlidir - Toivo Klaar

Nazirin dostu Bərdə DSMF-də “bazar“ açıb: Vidadi Kərimov kimdir?

Ukrayna Baş Qərargahı sutkalıq əməliyyat məlumatını yayıb

NATO baş katibi Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini açıqlayıb

Ən çox oxunanalar