Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Atamdan sonra bacım, qardaşım, anam da rəhmətə getdi, uşaq evində böyüdüm” - Nizami Rəmzinin oğlu

Mərhum meyxanaçı və şair Nizami Rəmzinin oğlu Rza Baxşıyev atasının ölümündən sonra başına gələnlərdən danışıb.

O, Nail Kəmərlinin yutub layihəsində qonaq olub.

Rza atasından sonra bütün ailə üzvlərini itirdiyini deyib: “Atamı 11 yaşımda itirdim. O, avtoqəzada həyatını itirdi. Atamdan sonra bacım, qardaşım, anam da rəhmətə getdi. Anam yatdı, durmadı. Tək mən sağam”.

O, yaşadığı çətin həyatdan danışıb: “Çöllərdə qaldım. Heç kim yiyəlik etmədi. Heç bir qohum məni öz yanına çəkmədi. Nə əmi, nə dayı, nə xala, nə bibi – heç kim. Qaldım özbaşına. 11 yaşlı uşaq nə edə bilər? Bir nəfərin köməkliyi ilə gəlib çıxdım “Ümid yeri” uşaq evinə. 18 yaşadək orada qaldım. Oradan hərbi xidmətə getdim. Qayıtdım, orada qalmağa davam etdim. Ailə həyatı qurdum”.

Rza həbs həyatı yaşadığını bildirib: “Bir müddət taksi sürücüsü işlədim. Həyat çöndü, düşdüm həbsxanaya. 8 ildən çox həbsdə qaldım. 2020-ci ildə çıxdım. Mən həbsdə olanda Abbas Bağırov, Könül Kərimova, Mətanət İsgəndərli, rəhmətlik Baloğlan Əşrəfov kimi sənətçilər ailəmə dəstək oldular. Onlar həmişə mənə kömək olub. Həbsdən çıxandan sonra “moyka”larda işləyirəm. Hətta uzun müddət “moyka”da yaşamışam. Yerim yox idi, küçədə qalası deyildim ki... İndi kirayə balaca ev tutmuşam. Hazırda orada yaşayıram”.

O, sağlıq durumunun yaxşı olmadığını deyib: ““Moyka”da çox çətin vəziyyətdə işləyirəm. Pulum ancaq yeməyə güclə çatır. Olur ki, bir ay evpulunu verə bilirəm, bir ay yox. Heç kimdən heç nə istəmirəm. Heç olmasa aylıq gəliri olan işlə təmin etsəydilər... Həbsdə olmuşam deyə hara gedirəm qoymurlar. Nə olar ki... Heç kim sığortalı deyil. Heç kim sabah başına nə gələcəyini bilmir”.

Rza meyxanaçı Rəşad Dağlıdan narazılıq edib: “Hər dəfə efirə çıxanda deyir ki, Nizami Rəmzinin tələbəsiyəm. Ancaq bir dəfə də olsun, onun oğlu ilə maraqlanmayıb. Heç nə istəmirəm. Quru da olsa, adam adamla maraqlanar”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar