Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atambaev həbsdə qaldı –avqustun 26-dək

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev daha 10 gün həbsdə qalacaq.

Bu arada onun həyat yoldaşına qarşı istintaq aparıldığı bəlli olub.

Avqustun 16-da Bişkek Şəhər Məhkəməsi Atambaevi avqustun 26-dək həbsdə saxlamaq barədə aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Dövlət Milli Təhlükəsizlik Komitəsində (UKMK) qapalı keçirilən prosesdən sonra keçmiş prezidentin vəkili Sergey Slesarev jurnalistlərə bu haqda açıqlama verib.

Atambaevin həyat yoldaşı Raisa Atambaeva keçmiş prezidentin UKMK binasının qarşısına yığışmış qohumları və tərəfdarları arasında olub. O, jurnalistlərə deyib ki, Atambaevin qohumlarının çoxu hakimiyyətin təzyiqi altındadır, evlərində “qanunsuz” axtarış aparılıb, ona qarşı cinayət işi açılıb. Atambaeva deyib ki, bu istintaq prezident idarəsinin hüquqi sistemdə islahatlar şöbəsinin keçmiş rəhbəri Manasbek Arabaevə qarşı cinayət işilə əlaqədar başlanıb. Arabaev iyunda korrupsiya ittihamı irəli sürülüb.

Baş Prokurorluq AzadlıqRadiosuna Raisa Atambaeva barəsində istintaq getdiyini təsdiqləyib, ancaq detalları açıqlamayıb.

Atambaev avqustun 8-də – iki gün davam edən zorakı müqavimətdən sonra polisə təslim olub. Ona korrupsiya, çevriliş cəhdi və sairə ittihamlar irəli sürülüb.(strateq.az)

Pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar