Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astarada tibbi maska tələblərinə riayət etməyənlərlə bağlı keçirilib

Xəbər verdiyimiz kimi, noyabr ayının 21-dən etibarən artıq ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarla yanaşı açıq məkanlarda da tibbi maskadan istifadə məcburidir.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Astarada bu tələbin icrasına nəzarət məqsədilə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qapalı və açıq məkanlarda reyd keçirilib.

Reyd zamanı sakinlərin əksəriyyətinin tibbi maska ilə bağlı tələblərə əməl etdiyi müşahidə olunsa da, qaydalara və öz sağlamlığına laqeyd yanaşanlara da rast gəlinib.

RPŞ-in əməkdaşı Fuad Salmanov bildirib ki, əhali arasında izahat-maarifləndirmə işləri davam etdirilir: "Əhaliyə bildirilib ki, əvvəllər qapalı məkanlarda tibbi maskaların taxılması zəruri olduğu kimi, indi açıq havada da tibbi maskaların taxılması vacibdir. Bununla bağlı tədbirlərimizi davam etdiririk, tədbirlər əhalinin sağlamlığı üçündür.

Eyni zamanda dövlət yol polisi əməkdaşları tərəfindən Astara şəhəri ərazisində taksi xidməti göstərən nəqliyyat vasitələrində də tibbi maskalardan istifadə olunması yoxlanılıb. Sərnişin daşımasına baxmayaraq bəzi taksi sürücülərinin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb".

Reydlər zamanı eyni zamanda tibbi maskalardan düzgün şəkildə istifadə etməyənlərə də bir daha qaydalar izah olunub və görülən tədbirlərin məhz sakinlərin sağlamlığının qorunması məqsədi daşıdığı bildirilib. Edilən xəbərdarlıqlardan nəticə çıxarmayaraq tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər barəsində qanunamüvaviq tədbirlər görülüb və barələrində inzibati protokollar tərtib olunub.

pia.az 


Etiket: Maska


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar