Astara rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yeni tikilməkdə olan məktəbdən oğurluq edən şəxs saxlanılıb
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Kijəbə qəsəbəsinin sakini A.Laçınov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında rayonun Burzubənd kəndində yerləşən yeni tikilməkdə olan məktəbdən hər birinin uzunluğu 6 metr olan 20 bağlama döşəmə taxtasının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş şəxsin rayonun Burzubənd kənd sakini İkraməli Kakayev olduğu müəyyən edilib və o saxlanılıb. Oğurladığı 20 bağlama döşəmə taxtası aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf.com)
pia.az