Bazar ertəsi, 19 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Astarada evə basqın - qadın öldürülüb

Prokurorluq orqanlarının fəaliyyətinin əsas prioritet istiqamətlərdən biri, gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etmək və təqsirkar şəxslərin ifşa olunmaqla cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Astara rayon prokurorluğundan verilən məlumata görə, Astara rayonu, Çayoba kənd sakini, 1964-cü il təvəllüdlü Aslanova Rəhimə Ağacan qızının 01.10.2020-ci il tarixdə yaşadığı evdə üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Peşəkar prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmiş şəxsin həmkəndlisi Heydərov Rüstəm Qulamhüseyn oğlunun özgənin əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə Rəhimə Aslanovanın yaşadığı evə həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rüstəm Heydərov 15.10.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Şuşa və Xankəndi ilə bağlı yaxşı xəbərlər olacaq” - Açıqlama

Ermənistanın bütün HHM sistemi Azərbaycan generallarının tələsinə düşdü - Rusiya KİV-i

Özəl universitetlər tədrisi deyil, pulu seçiblər - Təhsildə acınacaqlı vəziyyət

İsa Qəmbər Xudafərində Azərbaycan bayrağının dalğalanmasından yazdı

Maksim Şevçenko: "Azərbaycan Ordusu Şuşanı götürə bilər və bu, qaçılmazdır!"

Millət vəkilləri şəhid Denis Proninin evində - Foto

Bu gündən Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilib

Natiq Cəfərli: "Yaxşı, bəs niyə söyürdünüz ki?!"

Ermənistanın Qarabağdan çıxması an məsələsidir

Makronla İlham Əliyev sıx təmasdadır” - Səfir

Ermənistanda daxili qarşıdurma yarandı – Rus mediası

loading...

Ən çox oxunanalar