Cümə, 18 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Astarada 80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs saxlanıldı

Astarada 80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Lənkəran regional qrupundan virtualaz.org-a verilən məlumata görə, Astara rayonunun Seləkəran kənd sakini S.Ələskərova Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək şəhər ərazisindəki bankomatdan təqaüdünü çıxardıqdan sonra içərisində 187 manat pul və pensiya kartı olan pulqabının oğurlandığını bildirib.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində pulqabını oğurlayan şəxsin rayonun Ərçivan qəsəbəsinin sakini Fariz Baxşiyev olduğu müəyyən edilib və o saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, F. Baxşiyev S.Ələskərovanın təqaüdünü bankomatdan aldığını görərək onu izləyib və qadının marşrut avtobusunu gözləyərkən oturduğu skamyanın üzərinə qoyduğu pulqabısını oradan oğurlayıb.

Hazırda F.Baxşiyevin digər bu kimi əməllərinin olub-olmadığı araşdırılır.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Astara oğurluq

Şərh yazın.

loading...

Ən çox oxunanalar