Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astara sakini 1 kq heroinlə tutulub

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə qarşı əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bölmə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi rayonu 6-cı mikrorayon ərazisində keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini Fərqan Əlili saxlanılıb. Şəxsi axtarış zamanı onun əl çantasından ümumi çəkisi 1 kiloqram olan heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs hələlik adı istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda heroini qəbul edib və satışını təşkil etmək istəyib.

Fərqan Əlili barəsində 7-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

pia.az


Etiket: heroin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar