Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astana formatı üçün matəm marşı?

Vəziyyət 24 noyabr 2015-ci ildə olduğundan da pisdir...

Marianna Belenkaya, Yelena Çernenko

“Коммерсант”, 28.02.2020

Ankara rəsmi olaraq Suriya qoşunlarını “düşmən hədəfləri” hesab etmək qərarına gəlib. Cümə axşamı günü İdlibdə onlarla türk hərbçisinin öldüyü xəbərlərindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasının təcili iclasını keçirib. Görüşdə bütün qoşun növlərinin komandanları və güc strukturlarının rəhbərləri, eləcə də xarici işlər naziri Mevlut Çavuşoğlu iştirak edib. Toplantıdan dərhal sonra Türkiyə ordusu Suriya qüvvələrinin mövqelərinə atəş açıb və diplomatlar NATO ilə məsləhətləşiblər. Artıq Suriya rejimi və Rusiyanı dayandırmaq üçün Vaşinqtondan kömək etmək tələb edilir. Cümə günü səhər Rusiya Müdafiə Nazirliyi terrorçuların İdlibdəki Suriya qüvvələrinin mövqelərinə hücum etdiyini açıqlayıb.

Suriya sərhədinə bitişik olan Hatay əyalətinin valisi Rəhmi Doğan “Suriya rejimi” tərəfdarlarının hava hücumu nəticəsində 33 türk əsgərini öldürdüyünü və çox sayda ağır yaralı olduğunu söyləyib. Gecə boyu vali ifadələrini dəyişib, əvvəlcə 9 ölü haqqında danışıb. Eyni zamanda, Suriya müxalifətinə yaxın olan İnsan Hüquqları Monitorinq Mərkəzinin məlumatına görə, Cümə axşamı Suriyada ən az 34 Türkiyə vətəndaşı ölüb, sosial şəbəkələrdə isə 100-dən çox adamın öldüyü bildirilir.

Türkiyənin təhlükəsizlik üzrə aparıcı mütəxəssislərindən biri olan Metin Gürkanın “Twitter”-də qeyd etdiyi kimi, vəziyyət Rusiya “Su-24M” bombardmançısı Türkiyə “F-16”-nın raketi ilə vurularaq Suriyadan sərhədddən 4 kilometr aralıya düşdüyü “24 noyabr 2015-dəki durumdan daha pisdir”. Rusiya prezidenti Vladimir Putin həmin hadisəni terror dəstəkçilərinin “arxadan zərbəsi” adlandırmış, Moskva ilə Ankara arasındakı münasibətlər 1 il ərzində faktiki olaraq kəsilmişdi.

İnternet resurslarının bloklanmasını izləyən “Netblocks” türk hərbçilərinin ölüm xəbərləri əsnasında ən böyük türk provayderləri tərəfindən sosial şəbəkələrə girişə məhdudiyyət qoyulduğunu bildirib. Cümə axşamı Türkiyədə “Twitter”, “Facebook” və “Instagram”-ın tamamilə əlçatmaz olduğu ortaya çıxıb. Eyni zamanda, Türkiyə hakimiyyəti bu mənbələrin bloklanması ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

Bu, Türkiyədə sosial şəbəkələrdə geniş miqyaslı məhdudiyyətlərə dair ilk hadisə deyil. Eyni kilidlər daha əvvəl Suriyadakı “Sülh çeşməsi” və “Fərat qalxanı” əməliyyatları dövründə də tətbiq edilib.

“Netblocks” mütəxəssisləri bu tədbirlərin hərbi əməliyyatların gedişi ilə əlaqədar həssas məlumatların, ilk növbədə, hadisə yerindən foto və videoların, habelə ölənlərin sayı barədə məlumatların yayılmasının məhdudlaşdırılması üçün nəzərdə tutulduğunu düşünürlər.

Cümə günü səhər Rusiya Müdafiə Nazirliyi terrorçuların İdlibdəki Suriya qüvvələrinin mövqelərinə hücum cəhdi etdiyini açıqlayıb. “Eyni zamanda, fevralın 27-də Behun qəsəbəsi ərazisində terrorçu qrupların döyüş birləşmələrində olan türk əsgərləri Suriya qoşunlarının atəşinə məruz qalıb. Bundan əlavə, Türkiyə tərəfinin Rusiya Barışdırma Mərkəzinə verdiyi koordinatlara görə, Behun bölgəsində Türkiyə Silahlı Qüvvələrinin heç bir bölməsi yox idi və olmamalıydı”.

Nazirlikdən verilən məlumata görə, hücumda Rusiya Aerokosmik Qüvvələrinin aviasiyasından istifadə edilməyib.

Cümə axşamı günortadan sonra prezident Ərdoğan İdlibdəki hadisələrin Türkiyənin xeyrinə inkişaf etdiyini iddia edib. Sonra 3 türk əsgərinin Suriyada ölümündən danışıb.

Fevral ayında İdlibdə öldürülən Türkiyə vətəndaşlarının sayı 20 nəfərə çatıb. Cavab zərbələri nəticəsində, Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, 17 gün ərzində ölkənin silahlı qüvvələri Suriyanın hökumətyönlü qüvvələri sıralarında olan 1709 nəfəri zərərsizləşdirib. Ancaq bundan əvvəl Ankara, Türkiyə prezidentinin vətəndaşlarının ölümünə sərt reaksiya verəcəyinə dair vədlərinə baxmayaraq, rəsmi Dəməşqə qarşı hərbi əməliyyat elan etməyə tələsmirdi.

Son məqamadək Türkiyə hakimiyyəti Moskva ilə İdlibdə kompromis tapacağına ümid edib. Cümə axşamı Ankarada Xarici İşlər Nazirliyi, Rusiya və Türkiyənin güc orqanları nümayəndələri arasında İdliblə bağlı danışıqların üçüncü raundu keçirilib. Lakin vəziyyət kəskin şəkildə dəyişib.

Türkiyə Təhlükəsizlik Şurasının iclasından sonra prezident Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələri “düşmən hədəfləri” olaraq qəbul etmək qərarına gəlindiyini söyləyib.

Xatırladaq ki, İdlibdə vəziyyət Suriya ordusunun İdlibdəki hərəkətləri nəticəsində bir həftə içində 14 Türkiyə vətəndaşının öldüyü bir vaxtda kəskinləşib. Rəcəb Tayyib Ərdoğan bunda təkcə Dəməşqi deyil, Moskvanı da günahlandırıb. O, Rusiyadan Suriyada hökumətyönlü qüvvələrin İdlibdə hücumlarını dayandırmasını istəyib.

Suriya ordusunun geri çəkilməsi fevral ayının sonuna qədər baş tutmalı idi, əks halda, Türkiyə İdlibdə geniş miqyaslı hərbi əməliyyata başlayacağına söz verib. Bundan əlavə, prezident Ərdoğan Türkiyə vətəndaşlarının ölümü ilə cəzasız qalan yeni hadisələrə sərt cavabla hədələyib.

Suriya müxalifətini və bölgədəki türk müşahidə postlarını gücləndirmək üçün Türkiyənin hərbi texnikasının İdlibə göndərilməsi yanvarın sonlarında başlayıb.

Bu fonda, Moskva və Ankara nümayəndələri, eyni zamanda, eskalasiya zonası ilə əlaqədar bir-birini 2018-ci ilin sentyabr və 2019-cu ilin oktyabr aylarında Soçi razılaşmalarını pozmaqda ittiham edərkən, İdlibdə başqa bir kompromis tapmağa çalışaraq məsləhətləşmələr aparıblar.

Rusiya tərəfi Türkiyənin Suriya müxalifətini terrorçulardan ayırmaqla bağlı öhdəliklərini yerinə yetirmədiyini, de-eskalasiya zonası ilə həmsərhəd olan ərazilərdə atəşkəsi, habelə M4 və M5 avtomobil yollarına (Latakiya-Hələb, Dəməşq-Hələb) sərbəst girişi təmin etmədiyini vurğulayıb.

Öz növbəsində, Türkiyə Moskvanın Suriya ordusunun İdlibə dərin irəliləməsini dayandırmadığını bildirib.

Suriya ordusunun bölgədəki ilk hücum əməliyyatı terrorçularla mübarizə bəhanəsi ilə hələ ötən il, aprel ayının sonlarında başlayıb. O vaxtdan bəri eskalasiya zonasının sərhədləri əhəmiyyətli dərəcədə dəyişib. Fevralın ortalarında Suriya ordusu, bütün M5 magistral yoluna nəzarət edə bilib. Astana razılaşmasına (Suriya, Türkiyə, Rusiyaİranın iştirakı ilə) əsasən, İdlib hərbisizləşdirilən zonası ətrafında yerləşən Türkiyə müşahidə postlarının əhəmiyyətli bir hissəsi Suriya hökumət qüvvələrinin nəzarətində olan ərazidə qalıb.

Ankara mövqeyini tərk etmək niyyətində olmadığını söyləyib. Türk ordusu müxalifətin qoşunlarına dəstək olmağa başlayıb. Nəticədə, onlar Cümə axşamı gecə M4 və M5 magistral yollarının kəsişməsində yerləşən Səraqibi tutublar. Suriya ordusu şəhəri geri almağa çalışıb. Eyni zamanda, hökumətyönlü qüvvələr İdlib vilayətinin cənubunda hücumları davam etdiriblər.

Cümə axşamı Suriyada döyüşən tərəfləri Barışdırma Mərkəzinin rəhbəri kontr-admiral Oleq Juravlyov bildirib: “Türkiyə tərəfi Suriya silahlı qüvvələrinin bölmələrini vurmaq üçün qanunsuz silahlı qrupların hərəkətlərini artilleriya atəşi və kəşfiyyat aparatları ilə dəstəkləməkdə davam edir”. O, həmçinin hava məkanını pozan türk PUA-nın Suriyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasını dilə gətirib.

Bu sözlər Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akarın Ankarada, Rusiya nümayəndə heyəti ilə danışıqlarda, türk dronlarının maneəsiz uçuşları üçün Suriya hava məkanının açılma ehtimalını müzakirə edilməsi açıqlamasından bir neçə saat sonra deyilib. Moskvada bu açıqlamanı hələ şərh etməyib, lakin əvvəllər Rusiya hərbçiləri dəfələrlə İdlib üzərindəki hava məkanı nəzarətçisinin Rusiya Aerokosmik Qüvvələrinin olduğunu vurğulayıblar. Bununla yanaşı, Moskva artıq Suriya səmasının Rusiya aviasiyası üçün təhlükəli ola biləcəyi narahatlığını ifadə etməyə başlayıb.

Bununla bərabər, İdlibdə işləyən “Rusiya 24” televiziya kanalının müxbirləri xəbər verib ki, “qiyamçılar və türk mütəxəssislər” daşınan zenit raket sistemlərindən istifadə edərək, RusiyaSuriya təyyarələrini vurmağa çalışırlar.

Təhlükəsizlik Şurasının iclasından dərhal sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub. NATO rəhbəri İdlib əyalətində “Suriya rejiminin və onun himayədarı olan və Rusiyanın hava zərbələrini” qınayıb və onları “hücumu dayandırmağa, beynəlxalq hüquqa hörmət etməyə” çağırıb. AKP sözçüsünün sözlərinə görə, Cümə günü səhər Türkiyə hakimiyyəti İdlibdəki vəziyyətlə bağlı NATO ilə məsləhətləşmələrə başlayacaq.

Bundan əvvəl Ankara və Brüssel İdlibdə koordinasiya imkanlarını dəfələrlə müzakirə ediblər. Üstəlik, Türkiyə Suriya ilə sərhəddə “Patriot” zenit-raket sistemləri (SAM) yerləşdirməyi düşünürdü. Ancaq Vaşinqton bununla bağlı hələ qərar qəbul etməyib.

Eyni zamanda, Cümə axşamı ABŞ-ın NATO-dakı səfiri Kay Beyli Hatçison Türkiyə prezidentinin nəhayət, Ankaranın etibarlı müttəfiqinin kim olduğunu görəcəyini bildirib. “Rusiyanın nə olduğunu və indi nə etdiyini görürlər”.

Cümə gecəsi Türkiyə hərbçiləri arasında yeni itki məlum olduqda, ABŞ-ın respublikaçı senatoru Lindsi Qraham ABŞ prezidenti Donald Trampı İdlib üzərində uçuş zonası yaratmağa çağırıb. “Dünya əllərini yana qoyaraq oturur və İdlibi Əsəd, İran və rusların məhv etməsini sakitcə izləyir”.

Senatın Silahlı Qüvvvələr üzrə Komitəsində 2 gün əvvəl ABŞ qüvvələri Avropa Komandanlığının rəhbəri general Tod Uoltersin dinləmələrdə səsləndirdiyi fikirlər də maraqlıdır. “Həm ABŞ, həm də Türkiyə uzunmüddətli maraqlar baxımından Rusiyaya qarşı həm ikitərəfli, həm də NATO vasitəsi ilə əməkdaşlığı inkişaf etdirməlidir”.

Generalın fikrincə, Rusiyaya qarşı mübarizədə Türkiyənin rolu prinsipial əhəmiyyət daşıyır. O qeyd edib: “Hər iki ölkə Qara dəniz bölgəsini təbii təsir dairəsi hesab edir. Liviyada və İdlibdə onların birbaşa qarşıdurmaları davam edir”.

İndiyə qədər Vaşinqton “Astana formatı” ilə nəticələnən Suriyada Rusiya ilə Türkiyə arasında 3 il ərzində yaranmış yaxın ittifaqı məhv edə bilməyib. Baxışların bir-birindən fərqli olmasına baxmayaraq, Moskva və Ankara təkcə Suriya məsələsində deyil, Liviyadakı vəziyyət də daxil olmaqla, digər regional məsələlərdə uzlaşma tapıb. Putinlə Ərdoğan arasında təmaslar müqayisə edilməz dərəcədə çoxdur. Fevral ayında, İdlibdəki böhranı ağırlaşması başlayandan bəri Ankara bir neçə dəfə iki prezident arasında yeni görüş gözlədiyini açıq şəkildə bildirib. Növbəti görüşün martın 5-də baş verə biləcəyi gözlənilirdi. Ancaq Kreml prezident Putinin başqa planlarının olduğunu açıqlayıb.

Cümə günü “Reuters” bir türk səlahiyyətlisinə istinadən, Təhlükəsizlik Şurasının iclasından sonra Türkiyənin Avropaya dəniz və ya quru yolu ilə girmək istəyən suriyalı qaçqınları dayandırmamaq qərarına gəldiyini bildirib. Agentlik müsahibinin sözlərinə görə, Türkiyə polisinə, sahil mühafizəsinə və sərhəd keçid məntəqələrinə Suriyadan qaçqın axınına hərəkətsiz qalmaq tapşırığı verilib. Bir neçə saatdan sonra bu məlumatı Ömər Çelik də təsdiqləyib. “Türkiyənin miqrasiya siyasəti dəyişməz olaraq qalır, amma biz artıq qaçqınları saxlaya bilmirik”.

Bundan əvvəl Ankara dəfələrlə İdlibdəki vəziyyətin ölkənin təhlükəsizliyini təhlükə altına alacağını bildirmişdi, çünki 100 minlərlə suriyalı qaçqın Rusiya Hərbi Hava Qüvvələri və Suriya aviasiyasının hücumlarından qaçmaq ümidi ilə Suriya-Türkiyə sərhəddində toplandıqları halda Türkiyə bunların öhdəsindən gəlmir. Uzun müddətdir ki, onun ərazisində olan 3,7 milyon qaçqın var. Ankara, Avropa ölkələrinin hərəkətsiz olduğu təqdirdə, qaçqın axınının Avropaya yönəldiləcəyini vəd edib. 2016-cı ildə bağlanmış müqaviləyə uyğun olaraq, Aİ miqrant axınının dayandırılması üçün Ankaraya milyardlarla avro yardım ayırıb.

BMT ötən il dekabrın 1-dən köçkünlərin sayının təxminən 950 min nəfər olduğunu iddia edir. Hava zərbələri nəticəsində yüzlərlə mülki şəxs ölüb. Cümə günü gecə Belçika və Almaniyanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndələri mülki şəxslərin ölümünə son qoyulmasına çağıran ortaq bir bəyanat yayıb. Bununla yanaşı, Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın sözlərinə görə, “bütövlükdə İdlib və Suriya probleminin yeganə həlli terrorçuların ölkədən qeyd-şərtsiz qovulması olacaq”. O, həmçinin Qərb həmkarlarını Astana prosesini dəfn etməməyə çağırıb.(Tərcümə: Strateq.az)

pia.az

 

 


Etiket: Astana formatı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar