Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA-nın qış sessiyası başa çatıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qitədə etnik profilləşdirmə ilə bağlı qətnamə qəbul edilib.

"Report"un Fransa bürosu xəbər verir ki, "Avropada etnik profilləşmə: çox narahetedici bir məsələ" adlanan sənəddə üzv ölkələr etnik ayrı-seçkilik hallarının aradan qaldırılması məqsədilə ciddi və təxirəsalınmaz tədbirlər görməyə çağırılıb.

Bildirilib ki, son vaxtlar Avropada pandemiya ilə bağlı asayiş keşikçiləri tərəfindən insanların saxlanılması və şəxsiyyət sənədlərinin yoxlanılması hallarının sayı artıb. Bu zaman Avropanın bir sıra ölkələrində, habelə Böyük Britaniya, İtaliya, Fransa, Belçikada qaradərili və ərəb mənşəli şəxslərin ağdərililərə nisbətən polislər tərəfindən dəfələrlə yoxlamalara məruz qaldıqları aşkarlanıb.

AŞPA üzv ölkələri vətəndaşların etnik mənşəyinə görə saxlanılması və yoxlanılmasına dair statistik məlumatları artırmağa, bu sahədə qanunvericiliyi möhkəmləndirməyə və mövcud qanunların tətbiqində daha çox əzm nümayiş etdirməyə çağırıb.

Latviyalı deputat Boris Çileviç tərəfindən hazırlanan hesabat əsasında qəbul edilən qətnamənin lehinə 74, əleyhinə 2 nəfər səs verib, 4 nəfər isə bitərəf qalıb.

Bununla da AŞPA-nın qış sessiyası başa çatıb.

pia.az 


Etiket: AŞPA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar