Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA-da Ermənistan üzrə həmməruzəçi: Azərbaycanlılar minalanmış əraziyə necə qayıdacaqlar?

"Azərbaycanlılar minalanmış və yenidən tikilməyə ehtiyacı olan bir əraziyə necə qayıdacaqlar?".

"Report"un Fransa bürosu xəbər verir ki, bu sualla deputatlara Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində keçirilən iclaslar zamanı qurumun Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi, Finlandiyadan seçilmiş deputat Kimmo Kilyunen müraciət edib.

Kimmo Kilyunen Dağlıq Qarabağ münaqişəsi bitdikdən sonrakı mərhələdə azərbaycanlı köçkünlərin geri qayıtmalarını təmin etmək üçün bu ərazilərin minalardan təmizlənməsi və yenidən qurulmasının ən vacib məsələlərdən olduğunu bildirib:

“Bütün hərbi əməliyyatlar siyasətin məğlubiyyəti deməkdir. İndi ki münaqişə bitib barışıq və inamın yaranması mərhələsi başlayıb. Bu mərhələdə iki problemi diqqətinizə çatdırmaq istəyirəm. İlk növbədə azərbaycanlıların Dağlıq Qarabağa geri dönmələri ilə bağlıdır. Bu insanlar geri torpaqlarına qayıtmağı gözləyirlər. Lakin bu ərazi hansı vəziyyətdədir? Ora minalanmış və yenidən tikiləməyə ehtiyacı olan bir ərazidir. Hər iki ölkə, AzərbaycanErmənistan bə ərazilərin beynəlxalq ekspertlərin iştirakı ilə minalardan təmizlənməsi məsələsində razılığa gəlməlidirlər".

Finlandiyalı deputat digər məsələnin mədəni irsin qorunması olduğunu deyib: "Bu məsələdə də ümid edirəm ki, hər iki ölkə bir-birlərinin mədəni irsinə hörmət etmək haqqında birgə razılıq əldə etməyə nail olacaqlar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar