Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan İsmayılovdan Müsavat rəhbərliyinə sərt ittiham

“Vurğun Əyyubun rəhmətə getməsindən sonra yazılanlar, baş verənlər neçə gündür mənə rahatlıq vermir”...

“Yeni Sabah” xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov deyib. O, bildirib ki, Müsavat Partiyası rəhbrəliyinin Vurğun Əyyubun dəfn mərasimində öndə durmalarını, mərhum haqqında xoş sözlər səsələndirmələrinin səmimiliyinə şübhə ilə yanaşıb. Aslan İsmayılov daha sonra yazıb:

“1 il təmsil olunduqları hakimiyyətin süqutundan sonra 27 ildir özlərinin ən böyük uğurları kimi təqdim etdikləri sahəyə rəhbərlik etmiş, Musavat Partiyasının yaradıcılarından olmuş bir şəxsi partiyadan qovub onu çərlədənlərin Vurğunun dəfninin önündə olmaları və bu gün də Öndər, Başqan olaraq qalmaları çox mətləbdən xəbər verir.

Ona görə də bu gün mənim üçün ən xeyirli addım ya bu ölkədən köçmək və əlaqəni tamam kəsmək, ya da ictimai həyatı tam tərk edib sevdiyim parkda, sevdiyim işlə məşğul olmaqdır.

Artıq 2019-cu ildə belə rəhimlərin, etibarların, surətlərin, əlikramların, qurbanların kim olduğunu ayırd edə bilməyən xalqla arzuladıqlarımın həyata keçirilməsi mümkünsüz görünür! Bir Xalq ki, öz haqqını tələb etməsin, kimin onunla səmimi olduğunu, kimin ondan öz maraqları üçün istifadə etdiyini ayırd etmək üçün öz başını işlətməsin, özü heç nəyi araşdırmasın, yaxın keçmişini tədqiq etməsin, illərlə onu aldadanları tanımasın, ancaq dedi-qodular əsasında fikir söyləsin, çox asanlıqla təhqir, böhtan yağdırsın onun gələcəyi olmaz.

Deməli hər bir xalq özü haqq etdiyi həyatı yaşayır. Mirzə Fətəli Axundovu, Həsən Bəy Zərdabini, Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni dinləməyən xalqı maarifləndirmək cəhdi 100 il keçməsinə baxmayaraq deyəsən ancaq xəyal olaraq qalacaq...

Bu gündən sonra mübarizəmi ancaq bir məqsəd üçün davam etdirəcəm. Uzun illərdən sonra mən o dünyada olanda yanıma gələn doğmalarım, hələ də mənə inanıb məhkəmələrimdə, yanımda olan az qism insanlar, səhifələrimdə elə belə yox, araşdırandan sonra mənə inanıb, güvənib aktiv iştirak edənlər o dünyada yaxamdan yapışıb deməsinlər: “Ay gorbagor, niyə qorxdun, niyə çəkildin, niyə bizi yarı yolda qoydun, niyə bizə belə murdar cəmiyyətin qalmasına razı olub öz rahatlığını seçdin””.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar