Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan İsmayılovdan Gömrük Komitəsinə: "Tənqidi düşmənçilik kimi qəbul edirlər"

"Vətəndaşı soymaqla büdcə doldurmaq olmaz! "

Bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov DGK sədri Səfər Mehdiyevin Gömrük strukturlarında apardığı sözdə islahatları şərh edərkən bildirib. PİA.az Aslan İsmayılovun yazısını olduğu kimi təqdim edir:

"Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin diqqətinə:

Vətəndaşı soymaqla büdcə doldurmaq olmaz! 

İstənilən islahat ilk olaraq sıravi vətəndaşın maddi vəziyyətini yaxşılaşdıran olmalıdır, söz yığını deyil. Son düzəlişlər isə əksinə, vətəndaşların rihaf halının pisləşməsinə, qiymət artımına xidmət edəcək. Dünən bu barədə qısa yazı paylaşaraq izləyicilərdən şərhlərdə münasibət bildirmələrini xahiş etmişdim. Ümumilikdə, Facebook və Instagram səhifələrimdə 1 gün ərzində yazıya 16 mindən çox şərh yazılıb (bəyənmələri, paylaşımları demirəm). Belə bir reaksiya bir daha onu göstərir ki, dəyişikliklər vətəndaşlar tərəfindən kütləvi şəkildə ciddi narazılıq doğurmuşdur. Gömrük Komitəsi sədrinin son bəraət qazandıran çıxışı isə söz yığınından başqa həm də çox ziyanlıdır. Niyəsini yazım:

Birincisi, bu addım islahatın olmadığını tirajlayanlar üçün çox yaxşı sübutdur. Çünki istənilən limit, məhdudiyyət islahat sözünə ziddir.

- İkincisi, S.Mehdiyev ”bu qərar artıq yüksək səviyyələrdə müzakirə olunub və qəbul edilib” deməklə yaranmış kütləvi narazılığı dəfələrlə islahatların dönməz olacağını, dövlətin siyasətinin episentrində Azərbaycan vətəndaşının dayandığını bəyan edən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əleyhinə yönəldir.

- Üçüncüsü, Gömrük Komitəsi və bu addımlara dəstək olanlar bir daha göstərirlər ki, onları vətəndaşın maddi durumunun yaxşılaşdırılması yox, ancaq büdcənin doldurulması maraqlandırır.

- Dördüncüsü, Gömrük Komitəsi hələ də anlamır ki, onların məqsədi ölkədə daxili istehsalın inkişafına yönəlməlidir. Bunlar isə ölkədə istehsal olunmayan mallara astronomik rüsumlar tətbiq etməklə vətəndaşların vəziyyətinin pisləşməsi hesabına büdcəni doldurmaq istəyirlər. Normal qiymət siyasəti olmayan bir bazarda bu dəyişiklik ancaq qiymət artımına gətirib çıxardacaq.

- Beşincisi, bir çox vəzifəli şəxslər hələ də anlamırlar ki, indiki çətin maddi durumdan ölkəni xilas edəcək orta və xırda sahibkarlığın inkişafı üçün birinci növbədə inzibati qadağaların, kargüzarlıq əməliyyatlarının, lazımsız get-gəl prosedurlarının sayının azalmasıdır. Onlayn sifariş üzərindən isə minlərlə vətəndaş ailəsini dolandırır.

- Altıncısı, hələ də məmurlar tənqidi fikirləri düşmənçilik kimi qəbul edir və bu fikri söyləyənlərə qarşı hörmətsizlik edirlər. S.Mehdiyevin hikkə ilə ”ekspertlərin şərhlərinə ehtiyacımız yoxdur” deməsi bunun bariz sübutudur. Yeri gəlmişkən, Gömrük Komitəsi icra orqanıdır və qərarları Nazirlər Kabinəti verir. S.Mehdiyevin rəftarı isə Nazirlər Kabinetinin notarial kontor olduğunu aydın göstərir. İstərdim ki, Nazirlər Kabineti buna münasibət bildirsin.

- Yeddincisi və ən sonuncusu, S.Mehdiyev bildirir ki, bu dəyişikliklə büdcəyə mədaxil il ərzində 70-100 milyon manat artacaq. Göstərdiyiniz məbləğə görə bu qədər narazılıq yaratmağın bir adı var - vətəndaşa düşmənçilik! Ondansa yaratdığınız "karqo maxinasiyaları"nda mənimsənilən 100 milyonları büdcəyə yönəldin. Əminəm ki, qısa zamanda planı da artıqlaması ilə dolduracaqsınız, vətəndaşların da narazılığı aradan qalxacaq.

Bu qərarın yanlış olduğunu bilmək üçün sadəcə bu mövzuda son yazılarıma olan şərhləri oxumaq kifayət olduğundan daha da geniş izahata ehtiyac görmürəm. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, özümü ekspert kimi təqdim etmirəm və tək bu sahədə deyil, ümumiyyətlə biznesim yoxdur. Ümid edirəm ki, ölkə rəhbərliyi sosial şəbəkələrdə olan kütləvi narazılığı nəzərə alıb bu qərara yenidən baxacaq və vətəndaşların maraqlarını hər şeydən üstün tutacaq".

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - Video

Ən çox oxunanalar