Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aslan İsmayılova hökm oxundu

Hüquqşünas Aslan İsmayılovun məhkəmə prosesi bu gün yekunlaşıb

Hüquqşünas Aslan İsmayılovun Binəqədi Rayon Məhkəməsində aylardır, davam edən məhkəmə prosesi bu gün yekunlaşıb. Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hüquqşünas bir il islah işlərinə cəlb olunma cəzası alıb. Eyni zamanda, A.İsmayılovun qazancının 20%-nin tutulması və onun 1500 manat məbləğində cərimə olunması barədə qərar da var.

Qeyd edək ki, hüquqşünas Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham olunurdu. İttihama görə, A.İsmayılov 2017-ci ilin oktyabrında Binəqədi Rayon Məhkəməsində qapını çırpıb, məhkəmə zalındakı divarın suvağını dağıdıb, səs-küy salıb iş prosesini pozmaq istəyib. İstintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməmək haqda iltizam-qətimkan tədbiri seçmişdi.

Onu da xatırladaq ki, bu A.İsmayılovun ilk cəzası deyil. Bundan öncə Səbayel Rayon Məhkəməsi iş adamı Mürvət Həsənlinin şikayəti əsasında onun qazancından 15% dövlət nəfinə tutulmaqla, hüquqşünasın 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilməsi barədə qərar çıxarıb.

Həmçinin o, 1500 manat cərimə olunub. Eyni zamanda, Səbayel Məhkəməsi “Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyevin şikayəti əsasında onu 1500 manat cərimələyib.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar