Cümə, 04 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Asiyada yeni bir ticarət ittifaqı yarandı - Çin Sakit okean hövzəsində ABŞ-ı üstələyir...

İqtisadi Tərəfdaşlıq müqaviləsi onu göstərdi ki, ABŞ qlobal güc olmaq üçün geri addım atdıqda Çin bu boşluğu tez bir zamanda doldururr və heç bir fürsəti əldən vermir...

Erdal Tanas Karagöl
“Yeni Şafak” qəzeti, Türkiyə, 19 noyabr 2020-ci il

Koronavirus, ABŞ seçkiləri, dünyadakı iqtisadi kiçilmə və ticarətdə azalmalar baş verərkən Asiyada böyük bir ticarət müqaviləsi imzalandı. Çin, Cənubi Koreya və Yaponiya daxil olmaqla 15 Asiya-Sakit okean ölkəsi birləşərək Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq müqaviləsi imzaladılar və dünyanın ticarətinin istiqamətini dəyişdirməyə qərar verdilər.

Bəs regional hərtərəfli iqtisadi tərəfdaşlıq (RCEP) nə deməkdir?

Bu tərəfdaşlığın bir tərəfində bölgədə Cənub-Şərqi Asiya Millətlər Birliyi (ASEAN) olaraq Brləşmiş Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tailand və Vyetnam, digər tərəfdə isə Avstraliya, Çin, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya var.

Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq üçün toplanan bu ölkələrin dünya ÜDM-nin 30%-ni təmsil etməsinə və 2,1 milyard əhalini əhatə etməsini nəzərə alarsaq, özü-özlüyündə dünya iqtisadiyyatlarının güc və ticarət mərkəzinin harada cəmləşməsii barədə bir fikir yaranır.

Çinin üstünlükləri nələrdir?

Bu saziş ABŞ olmadan Çinin rəhbərlik etdiyi Asiya-Sakit Okean bölgəsindəki bir razılaşmadır. ABŞ şirkətlərinin ABŞ Asiya-Sakit okean hövzəsində olmadığı üçün ABŞ şirkətlərinin sərbəst ticarət zonasından kənarda qalması Çinin bu bölgədəki iqtisadi üstünlüyünü artıracaq.

Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq sazişinin dünyada ən sürətli iqtisadi böyüməyə sahib olan və 1-ci yerə yüksəlmək məqsədilə dünya ÜDM sıralamasında 2-ci olan Çin üçün strateji bir qərar olduğu aydındır.

Bu razılaşmanın verdiyi ticarət gücü ilə Çin tarixi “İpək Yolu”nu reallaşdırmaqda ciddi bir üstünlük əldə edəcək. Bu səbəbdən, Çinin ticarət gücünün yalnız Asiya-Sakit okeanda deyil, Avropada da daha güclü hiss ediləcəyini deyə bilərik.

Trampla birlikdə ABŞ-ın öz daxilinə qayıtması və inteqrasiya və qloballaşmanı tərsinə çevirməsi Çinin bölgədəki mövqeyini və təsirini gücləndirib və bu davam edəck. Bu səbəbdən, Çin bu razılaşma sayəsində ABŞ-la rəqabət baxımından önəmli bir üstünlük qazanıb və geosiyasi baxımdan da əhəmiyyətli bir qazanc əldə edib.

Bu razılaşma göstərdi ki, ABŞ qlobal güc olmaq üçün geri addım atdıqda Çin bu boşluğu tez bir zamanda doldurur və heç bir fürsəti əldən vermir.

Bu razılaşma Türkiyəyə necə təsir edəcək?

Türkiyə bu razılaşmada yer almayıb. Bu müqavilədə iştirak edən ölkələr yüksək rəqabət qabiliyyətinə sahib olduğu üçün və Türkiyə Çinlə ticarətdə yüksək miqyasda kəsirdə qaldığı üçün bu razılaşma Türkiyə üçün bir çox mənfi hallar yarada bilər. Lakin bu Türkiyə üçün yeni bir alternativə də səbəb ola bilər.

Mərkəzi bankın faiz qərarı

Bu gün Mərkəzi Bankın Pul Siyasəti Komitəsinin (PPK) faiz dərəcəsi qərarı da var. Bu görüş Mərkəzi Bankın yeni sədri Naci Ağbalın ilk sınağı olacaq. Yəni Mərkəzi Bankla bazarlar arasındakı əlaqəni və bazarların faiz qərarına necə reaksiya verəcəyini də görəcəyik.

“AA Finance” tərəfindən aparılan bazar sorğusuna görə, Mərkəzi Bankın siyasət nisbətinin artıracağı proqnozlaşdırılır. Sorğuda iştirak edən iqtisadçıların gözləntilərinə görə, Mərkəzi Bankın faiz dərəcələrini 200 ilə 550 bal arasında artıracağı proqnozlaşdırılır. Üstəlik, bu iclasda noyabr ayı üçün siyasət nisbəti ilə bağlı gözləntilərin təxminən 475 xal olduğu bildirilir.

Görək Mərkəzi Bank 10,25 olan faiz dərəcəsi ilə orta fond dəyəri və GLP arasındakı fərqi bağlamaq üçün, yəni bundan sonra siyasət faizindən istifadə etmək üçün bu toplantıda faizi birdən-birə artıracaq, yoxsa yavaş-yavaş? Bunu da görəcəyik.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Türk ordusu Qarabağa gəlməməlidir" - deyən deputatın kimliyi

Naxçıvanda toy sərbəstliyi: “Şirinliyi ver, toy elə”

Deksametazon, antibiotiklər əvəzinə bunları edin - Koronavirusdan sağalan Rəşad Mahmudov

Çavuşoğlu bu davranışı ilə gündəm oldu - Foto

Türkiyədən kritik həmlə: "Zəngəzur məsələsi masada..."

Fransa parlamenti də “dqr”lə bağlı qanunu qəbul etdi

"Balaca Ermənistan Rusiyaya necə dayaq ola bilər?!" - Maksim Şevçenko

Qarabağda məclis quran məmurlar o gölün varlığından xəbər tutsalar...

“Azərbaycan əsgərləri Xankəndidə bizi ələ salırlar“ - Tiqran Abrahamyan

ATƏT-in Minsk qrupu Qarabağ məsələsinə dair bəyanat verib

“Rusiya Ermənistanı artıq buraxmayacaq” - Erməni ekspert

Əhmədzadənin qarabağlı müavini Füzuli uğrunda şəhidlər verdiyimiz günlərdə Londonda oğluna mənzil alıb - Foto

loading...

Ən çox oxunanalar