Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Asiya ilə Atlantik arasında ilişib qalan Avropa - Çin Aİ üçün ABŞ-dan daha vacib ortağa çevrilir..

Avropadakı sarsıntıların səbəbi təkcə iqtisadi problemlər deyil, həm də Avropanı aqressiv və genişləndirici məqsədləri üçün ardınca sürükləmək istəyən ABŞ-a qarşı bir mübarizədir...

Ali Rza Taşdelen
“Aydınlık” qəzeti, Türkiyə, 1 mart 2021-ci il

AB liderləri 2 gün davam edən xüsusi zirvə görüşü keçiriblər. 25-26 fevral tarixlərində videokonfransla keçirilən zirvənin ilk günündə Covid-19, ikinci günündə isə NATO, yeni prezident Baydenlə münasibətlər və AB-nin müdafiə və təhlükəsizlik siyasəti müzakirə edilib.

Əlbəttə ki, bu zirvəni maraqlı edən nüans NATO-nun baş katibi Cens Stoltenberqin orada iştirak etməsi idi. Zirvəyə NATO-ABŞ-AB münasibətləri baxımından yanaşmaq faydalı olar.

NATO və AB inamı yenilədi

Fransa prezidenti Emmanuel Makron sözdə NATO-nu sorğu-suala tutsa və yenidən qurulmasının tərəfdarı olsa da, AB ölkələrinin əksəriyyəti NATO ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır. Almaniya həm transatlantik ittifaqın, həm də Avropanın müdafiə qabiliyyətinin artırılması yönündə mülayim bir mövqe nümayiş etdirir.

“Maraqlarımızı və dəyərlərimizi qorumaq üçün strateji addımlar atmalıyıq” deyən Avropa Şurasının prezidenti Çarlz Mişel açıqlamasında: “Transatlantik münasibətlərdə Avropa güclü və etibarlı bir tərəfdaş rolunu oynamağa hazırdır”, deyə qeyd edib. Onun sözlərinə görə, qarşıdakı onillikdə Avropa həqiqətən də “strateji aktyor” rolu oynayacaqsa, bu, yalnız NATO ilə birgə mümkün olacaq. Digər tərəfdən, NATO-dan müstəqil olmağı deyil, NATO daxilində “muxtar” olmağı müdafiə edir. Makronun “güclü Avropa” və “strateji muxtariyyət” kimi yüksək səsli nitqinin mənasız olduğunu da görürük.

Əslində, sammitin yekun bəyannaməsində NATO ilə müqavilələrdə göstərilən prinsiplər əsasında sıx əməkdaşlıq etməyə qərarlı olduqları bildirilib. Yekun açıqlamada da ABŞ-ın yeni prezidentinə müsbət mesajlar göndərək: “Biz yeni ABŞ administrasiyası ilə təhlükəsizlik və müdafiə məsələlərində güclü və iddialı transatlantik münasibətlər qurmağımızdan məmnunuq”, deyə bildiriblər.

Avropalılar ABŞ-a güvənmirlər

Brüsselin lordları ABŞNATO ilə olan inamı yeniləyərkən, görəsən, Avropa xalqları ABŞ, Rusiya və Çinə necə baxırlar? Avropa Xarici Münasibətlər Şurasının (ECFR) 2021-ci ilin yanvarında yayımladığı hesabatda təəccüblü nəticələr ortaya çıxıb.

ECFR Bayden seçildikdən sonra “YouGov” və “Datapraxis” araşdırma şirkətlərinə 10 NATO ölkəsində və İsveçdə 15.000 nəfər arasında bir sorğu keçirtdirib. Anketin nəticələri “Amerika Gücünün Böhranı: Avropalılar bunu necə görürlər? Baydenin Amerikası” başlıqlı bir hesabatda yayımlanıb.

Hesabatda avropalıların böyük əksəriyyətinin Rusiya və ya Çinlə bir Amerika müharibəsində iştirak etmək istəmədikləri və bitərəf qalmağı üstün tutduqları məlum olub. 77%-i Rusiya ilə, 78%-i də Çinlə müharibəsində ABŞ-a qarşı mövqe tutur. Buna görə, Avropa ictimaiyyəti NATO-nun ABŞ-ın müharibə planlarındakı roluna şiddətlə qarşı çıxır. Yenə də əksəriyyət öz sistemlərinin ABŞ-ın siyasi sistemindən daha yaxşı olduğunu düşünür.

Çin ABŞ-dan daha vacib bir ortaqdır

Avropalıların 83%-i ABŞ-la daha yaxın iqtisadi əlaqələrə qarşı çıxarkən, fransızlar və almanların 90%-i isə ölkələrini müdafiə etmək üçün Amerikanın köməyinə ehtiyac olmadığını düşünür.

ABŞNATO Rusiya və Çini əsas təhdid kimi görür, Avropa şirkətləri isə Rusiya və Çini əsas tərəfdaş kimi qəbul edirlər. 2020-ci ildə Çin Avropa Birliyinin ən böyük ticarət ortağı olaraq ABŞ-ı əvəz etdi və 2020-ci ilin sonunda AB ABŞ-ın narahatlığına baxmayaraq, Çinlə hərtərəfli bir investisiya müqaviləsi imzaladı.

ABŞ-ın bütün maneələrinə baxmayaraq, Almaniya da Rusiya ilə başladığı “Şimal Axın-2” boru kəməri layihəsinə sadiq qalmaqda davam edir.

ABŞ-ın tək qütblü dünyasının artıq çökdüyünü, transatlantik əlaqələrin əvvəl olduğu kimi davam etməyəcəyini, dünyanın mərkəzinə Çinin və Rusiyanın çəkildiyini və son illərdə Asiyadan yüksələn bu yeni sivilizasiya cəbhəsində Türkiyənin də iştirak etdiyini avropalılar görməyə başlayıblar.

İndi deyə bilərik ki, Covid-19-dan sonra Qərb dünyası silkələnəcək və kütləvi xalq hərəkatları ortaya çıxacaq. Bu sarsıntıların səbəbi təkcə iqtisadi problemlər deyil, həm də Avropanı aqressiv və genişləndirici məqsədləri üçün ardınca sürükləmək istəyən ABŞ-a qarşı bir mübarizədir.

ECFR anket nəticələri üçün buradan keçid edə bilərsiniz.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Avropa NATO ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar