Cümə axşamı, 20 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Asim Mollazadə İsa Qəmbərin oğlu ilə debatdan niyə çəkinir?

Bununla bağlı Turqut Qəmbər öz Feysbuk hesabında yazıb...

PİA.az xəbər verir ki, 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd olan Asim Mollazadə həmin dairədən deputatlığa namizəd keçmiş Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbərlə debatdan çəkinib. Bununla bağlı Turqut Qəmbər öz Feysbuk hesabında yazıb.

“Hakimiyyətin 22-ci dairədən namizədi Asim Mollazadə mənimlə debata çıxmaqdan imtina edib. Deyir ki, onun hesabına tanınmaq istəyirik. Asim Mollazadə 22-ci dairədə bir azca təbliğat aparsaydı, vətəndaşlarla söhbət etsəydi, bilərdi ki, onun reytinqi yerlərdədir. Vətəndaşların ona səs verməyəcəyi birmənalıdır. Apardığımız təbliğat və vətəndaşlardan gördüyümüz xoş münasibət göstərir ki, səslərin çoxunu qazanmaq tam realdır. Əsas məsələ daha çox seçicini seçkiyə gətirməkdir”.

Qeyd edək ki, son 4 çağırış Milli Məclisin (MM) üzvü olan A. Mollazadə 2005-ci ildən, 3-cü çağırışdan həmin dairəni parlamentdə təmsil edir.

O, 5-ci dəfə seçkilərə qatılıb, MM-in Elm və təhsil, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin üzvüdür.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Demokratik İslahatlar Partiyasının (DİP) sədridir.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Asim Mollazad


loading...

Ən çox oxunanalar