Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ASGA sədri ATƏT-in İllik Toplantısında ölkəmizi təmsil edəcək – Varşavada

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov 20-27 sentyabr tarixlərində QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Polşanınpaytaxtı Varşava şəhərində ATƏT-in İllik Toplantısında ölkəmizi təmsil edəcək...

Bu barədə məlumat verən ASGA sədri Səbuhi Abbasovun sözlərinə görə, səfərin məqsədi ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi İnsani Dəyərlərin Tətbiqi üzrə İllik Toplantısında iştirak etməkdir. S.Abbasov qeyd edib ki, bu toplantıda ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, parlamentarilər, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər:

"İllik Toplantıda seçki hüququ və demokratik seçkilər, insan hüquqları, media azadlığı, irqçilik, ksenofobiya və ayrıseçkiliyə qarşı mübarizə, işgəncələrin qarşısının alınması, ərazi bütövlüyü, dini inanc azadlığı və radikalizmə qarşı mübarizə, ifadə azadlığı, qaçqın və məcburi köçkünlər, separatizm və terrorçuluğa qarşı mübarizə kimi mühüm mövzular müzakirə olunur: "Təşkil olunan müzakirələrdə Azərbaycanda Milli azlıqlara mənsub şəxslərin hüquqları müdafiəsi, insan hüquq və azadlıqları sahəsində həyata keçirilən mühüm islahatlar, ölkəmizə qarşı Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq siyasəti və bir sıra digər mövzularda çıxışlar edərək Avropa ictimaiyyətinə geniş məlumatlar verəcəyəm. Bundan başqa biz hazırladığımız çap materialları vasitəsi ilə ölkəmizin haqq səsini Avropa ictimaiyyətinə çatdırmağı hədəfləmişik”.

pia.az


Etiket: ASGA sədri ATƏT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar