Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ASCO Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Müşahidə Şurasının 2021-ci il üzrə növbəti iclası keçirilib.

QSC-dən APA-ya bildirilib ki, Müşahidə Şurasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin üzvlərinin iştirak etdiyi iclasda ASCO-nun MŞ-nın verdiyi qərar və tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib, eləcə də Cəmiyyətdə daxili audit fəaliyyətinin təşkilinə dair MŞ-nın Komitələrindən daxil olmuş təkliflərə dair geniş fikir mübadiləsi aparılıb.

Cəmiyyətin ötən il üzrə gəlir və xərclər smetasının proqnoz göstəricilərinin dürüstləşdirilməsi ətrafında müzakirələr aparan Müşahidə Şurası növbəti il üzrə gəlir və xərclər smetasının ilkin göstəricilərini nəzərdən keçirib.

İclasda həmçinin, ASCO-nun mümkün risklərin nəticələrinin azaldılması və qarşısının alınması üçün hüquqi-korporativ strukturun təkmilləşdirilməsi, o cümlədən 2020-2021-ci illəri əhatə edən “Dayanıqlı İnkişaf Haqqında Hesabatı”na dair məsələlərlə bağlı iclas iştirakçılarının rəyləri dinlənilib. Müşahidə Şurasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin digər cari məsələləri ilə bağlı da müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar