Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

“ASAN xidmət” mərkəzlərində gündəlik 30 mindən çox vətəndaşa xidmət göstərilir - Açıqlama

Elektron hökumət “ASAN Xidmət”in əsas fəaliyyət istiqamətidir...

“2013-cü ildə yaradılan “ASAN xidmət” ilk olaraq 5 mərkəzlə ölkənin 45 faizini əhatə edirdi. Həmin dövrdə ümumilikdə 1 milyon vətəndaşa xidmət göstərilirdi. 7 ildən çoxdur fəaliyyət göstərən Agentlik artıq 16 mərkəz, 2 Kommunal mərkəz, 1 səyyar qatar və 10 səyyar avtobusla ölkənin faktiki 80 faizini əhatə etməklə 35 milyondan çox müraciət edən vətəndaşa xidmət göstərib”.

Bunu Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) üzvləri üçün təşkil olunan növbəti görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, “ASAN xidmət”də 10 dövlət orqanının 133 xidməti və 32 özəl təşkilatın 190 xidməti olmaqla ümumilikdə 323 xidmət göstərilir.

Ü.Mehdiyev, eyni zamanda deyib ki, elektron hökumət vasitəsilə vətəndaşlar 1000-dən çox elektron xidmətdən yararlana bilir: “Ümumilikdə “ASAN” platforması vətəndaşlara, biznes subyektlərinə, startapçılara, ABAD-çılara 1400-dən çox ümumi xidmət göstərir. “ASAN xidmət” mərkəzlərində gündəlik 30 mindən çox vətəndaşa xidmət göstərilir”.

Agentlik sədri qeyd edib ki, elektron hökumət “ASAN Xidmət”in əsas fəaliyyət istiqamətidir: “2013-2019-cu illər Azərbaycanda reaktiv xidmətlər dövrüdür və bu dövr “ASAN xidmət” mərkəzlərinin yaranmasl ilə başlayıb. 2019-cu ildən Elektron hökumət vasitəsilə proaktiv xidmətlər göstərilməyə başlayıb. “ASAN xidmət”in “myGov” konseptində hər bir vətəndaşın şəxsi kabineti var, olmayanlar da yarada bilərlər. Orada müəyyən elektron xidmətlər var ki, vətəndaşın müraciətini gözləmədən dövlət informasiya sistemləri vasitəsilə o vətəndaşa zəruri olan xidmətlər avtomatik göstərilir. Düşünürük ki, 2020-ci ildən sonra artıq yeni xidmətlər dövrü başlamalıdır. Yəni, elektron hökumətin inkişafı ilə rəqəmsal xidmətlərin genişlənməsi ilə yeni dövrə qədəm qoyulmalıdır. Bu, vətəndaş müraciətini gözləmədən ona zəruri olan sənədlərin verilməsidir. Qarşımızdakı növbəti hədəf proaktiv xidmətlərin genişləndirilməsidir”, – deyə Agentlik sədri bildirib.(apa)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar