Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ASAN Xidmət” 2 ədəd avtomobilini təmizləmək üçün hər gün 417 manat pul xərcləyir - Təfərrüat

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini (“ASAN Xidmət”) tərəfindən keçirilən 2 tender müsabiqəsinin qalibi məlum olub.

PİA.az-ın məlumatına görə, hər iki tender müsabiqəsinin qalibi "Tompa Group" MMC (VÖEN- 1004448331) şirkəti olub. Müsabiqənin şərtinə görə "Tompa Group" MMC Sumqayıt və Gəncə regional “ASAN xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərini görəcək.
Gəncə regional “ASAN xidmət”ə məxsus 1 ədəd “Man Neoplan” və 1 ədəd “Mercedes Benz Sprinter” avtomobilini təmizləmək üçün "Tompa Group" MMC “ASAN xidmət”dən 152 min 64 manat alacaq.

Sumqayıt regional “ASAN xidmət”ə məxsus 1 ədəd “Man Neoplan” və 1 ədəd “Mercedes Benz Sprinter” avtomobilini təmizləmək üçün isə "Tompa Group" MMC “ASAN xidmət”dən 108 min 121 manat 92 qəpik alacaq.
Qeyd edək ki, təmizlik müddətinin hansı dövrü əhatə edəcəyilə bağlı məlumat açıqlanmayıb. Amma, Gəncə regional “ASAN xidmət”ə məxsus avtomobillərinin təmizlənməsilə bağlı sonuncu müqavilə bir il əvvəl keçirilib.

Bu isə o deməkdir ki, “ASAN xidmət” Gəncə şəhərində 1 ədəd “Man Neoplan” və 1 ədəd “Mercedes Benz Sprinter” avtomobilini təmizləmək üçün hər gün 417 manat pul xərcləyir.

Onu da bildirək ki, “ASAN xidmət”in avtomobillərinin təmizlənməsilə bağlı keçirdiyi tenderlərin hamısında "Tompa Group" MMC qalib olub. Son bir ildə bu məqsədlə “ASAN xidmət” "Tompa Group" MMC-yə 1 milyon 118 min 975 manat 51 qəpik vəsait ödəyib.

"Tompa Group" MMC 08.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Binəqədi rayonu, Ağa Nemətulla (Rəsulzadə qəs.), ev 22” olaraq göstərilir. Qanuni təmsilçisi isə Həsənov Qadir Vəli oğludur.

Açıq internet resurslarında "Tompa Group" MMC barəsində heç bir məlumata rast gəlmək mümkün deyil. “Facebook” sosial şəbəkəsində 1 may 2020-ci il tarixində “Tompa Group MMC” adı ilə açılan səhifəni isə bugünə kimi bir nəfər də olsun “bəyənməyib”. (Yeniavaz.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar